ABŞ və bəzi Qərb ölkələri öz laqeydliyi və dəstəyi ilə İsrail rejimini cinayətlərini davam etdirməyə təşviq edirlər.
Azadmedia.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə telefon danışığında deyib.
Belə ki, Pezeşkian Vatikanın dünya sülh, sabitlik və təhlükəsizliyin dəstəklənməsindəki mövqeyini yüksək qiymətləndirərək, Vatikanı sionist rejimin Qəzzada cinayətlərini dərhal dayandırmaq, mühasirəyə alınmış anklavdakı blokadanı aradan qaldırmaq və humanitar yardım göstərmək üçün daha fəal rol oynamağa çağırıb.
Həmçinin o, Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini xatırladıb və vurğulayıb ki, İran beynəlxalq hüquqa uyğun olaraq təcavüzkarı cəzalandırmaq hüququnu özündə saxlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.