AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda iğtişaş törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq - İrakli Kobaxidze

  • + A
  • - A
  • 4-09-2024, 14:17


    Gürcüstanda iğtişaş törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq -

    Gürcüstanda radikal müxalifətçilər oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən əvvəl və sonra iğtişaşlar törətmək üçün təxribatlar hazırlayırlar.

    Azadmedia.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

    Belə ki, “Bizdə məlumat var ki, radikal müxalifət sosial narazılığa səbəb ola biləcək belə bir ssenarinin hazırlanmasını fəal şəkildə nəzərdən keçirir. Biz hər kəsə ciddi xəbərdarlıq edirik ki, Gürcüstanda iğtişaş törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq. Müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və buna görə də seçkilərdən sonra iğtişaşlara hazırlaşır. Tamamilə aydındır ki, onlar növbəti dəfə seçkinin nəticələrini tanımayacaqlar, dövlət institutlarına hücuma keçəcəklər, ölkəni darmadağın etməyə çalışacaqlar ki, bu da onların hesablamalarına görə, hakimiyyət dəyişikliyinə gətirib çıxarmalıdır”, - deyə Kobaxidze bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR