AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna hərbi kəşfiyyatçısı məhv edildi - KİV

  • + A
  • - A
  • 17-09-2024, 15:07


    Ukrayna hərbi kəşfiyyatçısı məhv edildi -


    Rusiyanın Sverdlovsk vilayətində müdafiə müəssisəsinin rəhbərlərindən birinin avtomobilini partlatmağa hazırlaşan Ukrayna hərbi kəşfiyyatçısı məhv edilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, “FTX Ukrayna Baş Kəşfiyyat İdarəsinin agenti, Ukrayna millətçi terror təşkilatının üzvü olan 1984-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Müəyyən edilib ki, terrorçu öz rəhbərlərinin göstərişi ilə Sverdlovsk vilayətində müdafiə müəssisəsinin yüksək vəzifəli əməkdaşlarından birinin avtomobilini partlatmaq üçün kustar üsulla partlayıcı qurğu hazırlayıb. O, saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR