AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir - KİV

  • + A
  • - A
  • Bu gün, 21:01

    BMT Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı əsas qərargah binasında baş tutacaq BMT Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir.

    Azadmedia.az xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyasının keçiriləcəyi Nyu-Yorkun Manhetten adasında təhlükəsizlik tədbirləri gücləndirilib, BMT-nin Nyu-Yorkdakı qərargah binası ənənəvi həftəyə hazırlıq məsqədi ilə gücləndirilmiş iş rejminə keçib.

    Belə ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 22-də öz işinə başlayacaq. Ənənəvi həftənin ilk iki günüdə (22-23 sentyabr) "Gələcək üçün Zirvə" ("Summit for the Future") toplantısı baş tutacaq.

    Həmçinin görüşdə BMT-yə üzv 193 ölkədən 150-si ölkə başçısı və Baş nazir, digər ölkələr isə xarici işlər naziri səviyyəsində təmsil olunacağı gözlənilir.

    Qeyd edək ki, Baş Assambleyanın 79-cu sessiyanda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara effektiv uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədləri, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəliyi əsas müzakirə mövzuları olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR