AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peycer partlayışları: 879 nəfər ölüb, 131-i iranlıdır

  • + A
  • - A
  • 21-09-2024, 13:44

    Peycer partlayışları: 879 nəfər ölüb, 131-i iranlıdır

    Livanda peycer və simsiz rabitə cihazlarının partlaması nəticəsində ümumilikdə 879 nəfər həlak olub, onlardan 131-i iranlı, 79-u yəmənli və 291-i Hizbullahın yüksək rütbəli üzvləridir.

    Bu barədə sosial media platformalarında iddia olunub.

    Bildirilib ki, bu, Hizbullahın hazırladığı daxili sənədlərin İsrailin hərbi kəşfiyyatı tərəfindən ələ keçirilməsindən sonra məlum olub.

    Qeyd edək ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xostopənah Livanda baş verən partlayışlarda bir neçə iranlının öldüyü və yaralandığını bildirib.

    Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda kibermüdaxilə nəticəsində müxtəlif rabitə qurğularında baş vermiş partlayışlarda, rəsmi məlumata görə, azı 32 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR