AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Taliban BRİKS sammitində iştirak üçün müraciət edib - KİV

  • + A
  • - A
  • 21-09-2024, 15:37

    Taliban BRİKS sammitində iştirak üçün müraciət edib -


    Əfqanıstadakı “Taliban” hökuməti Kazanda keçiriləcək BRİKS sammitində iştirak üçün müraciət edib.

    Azadmedia.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb.

    Belə ki, Rusiyaya göndərilən məktubda Kazana “Taliban”ın siyasi qanadının rəhbəri Əbdül Qani Baradarın qatılacağını bildirib.

    Qeyd edək ki, Kazanda BRİKS sammiti oktyabrda keçiriləcək. Sammitə Azərbaycan və Türkiyə də dəvət edilib. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan da sammitdə iştirak edəcəyini deyib.

    Son aylar bir çox dövlətlər o cümlədən Rusiya “Taliban”ın terror təşkilatları siyahısında çıxarılması barədə düşünürlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR