AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdaş Dövlət Humanitar Kollecində təhsilin inkişafı

  • + A
  • - A
  • 15-12-2016, 15:24

    Ağdaş Dövlət Humanitar Kollecində təhsilin inkişafı


















    Namiq Mehdiyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

    Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyevdir.

    Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsiyirlər..

    Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyevin üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Namiq Mehdiyev dərs də dinləyir, çatışmazlıqlarla da ciddi məşğul olur. Namiq Mehdiyev kollecin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Ağdaş Dövlət Humanitar Kollecinin əməkdaşları ilə birgə bütün dərslərdə olmuş, kollektivlə görüşmüş, dərslərin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini vermişdir.

    Bir neçə şəhər və kənd camaatı ilə sorğu apardıq ağız dolusu Namiq Mehdiyevdən danışdılar yaxşı ki Namiq Mehdiyev Ağdaş Dövlət Humanitar Kollecinin direktoru seçilib… Namiq Mehdiyev öz isguzarlığı ilə tanınır və seçilir….

    Ağdaş Dövlət Humanitar Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə son vaxtlar mühüm işlər görülüb. Kollecin direktoru Namiq Mehdiyev bildirib ki, kollecin maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli iş görülüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparılıb.

    Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
    Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

    Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

    HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR