Tramp: İranla müharibəni tezliklə başa çatdırmaq istəyirik

ABŞ prezidenti Donald Tramp Niderland kralı Villem-Aleksandr və kraliça Maksima ilə keçirilən qapalı nahar zamanı bildirib ki, İranla müharibəni mümkün qədər tez başa çatdırmağa çalışır. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Trampın sözlərinə görə, Tehranın yenidən danışıqlar masasına qayıtmasının yeganə yolu İslam Respublikasına təzyiqin artırılmasıdır.
Qeyd edək ki, 11 aprel tarixində İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Buna baxmayaraq, ABŞ administrasiyası yaxın günlərdə Pakistanın paytaxtında üzbəüz danışıqların yenidən bərpa olunacağına ümid edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.