AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər

  • + A
  • - A
  • 15-12-2025, 17:22

    Aİ ölkələri Bakı və İrəvan arasında sülh prosesinə dəstək ifadə ediblər

    Avropa İttifaqına (Aİ) üzv dövlətlər Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə və Azərbaycan ilə Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş səylərə dəstəklərini ifadə ediblər.

    "Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ Xarici İşlər Nazirləri Şurasının formatı çərçivəsində keçirilən görüşdə bildirilib.

    Görüş iştirakçıları Ermənistan və Aİ arasında tərəfdaşlığın inkişafını qeyd etmiş, həmçinin qarşıdakı vəzifələr barədə fikir mübadiləsi aparıblar.

    "Regional proseslər kontekstində Aİ tərəfdaşları kommunikasiyaların açılmasına, Azərbaycan və Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş təşəbbüslərə dəstəklərini təsdiqləyiblər", - bəyanatda bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR