AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya XİN: İş adamlarımız Ermənistandakı layihələrin perspektivlərini ehtiyatla qiymətləndirirlər

  • + A
  • - A
  • 16-12-2025, 12:58

    Rusiya XİN: İş adamlarımız Ermənistandakı layihələrin perspektivlərini ehtiyatla qiymətləndirirlər

    Rusiyadan olan iş adamları Samvel Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə başlayıblar.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə deyib.

    "Bildiririk ki, belə bir vəziyyətdə digər iş adamlarımız Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə, ölkənin investisiya iqliminin dayanıqlığı barədə suallar verməyə başlayıblar ki, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunub saxlanmasına xidmət etmir", - o bildirib.

    Xatırladaq ki, "Taşir Kapital" şirkətinin sahibi Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib. Ermənistan Antikorrupsiya Məhkəməsi noyabrın 18-də onun həbs müddətini daha iki ay uzadıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR