AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ETSN-də Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib

  • + A
  • - A
  • 23-12-2025, 18:31

    ETSN-də Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

    Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovla görüşüb.

    Görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən "Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik" layihəsi çərçivəsində görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR