AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP-a ev sahibliyi etdik, amma Xırdalanda ağaclara yer tapılmadı…

  • + A
  • - A
  • Dünən, 09:23

    COP-a ev sahibliyi etdik, amma Xırdalanda ağaclara yer tapılmadı…


    Bir vaxtlar ağac olan yerin bu gün sürətlə sementə betonlandığını görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Azadmedia.az xəbər verir ki, Xırdalanın Mehdi Hüseyn küçəsində yol kənarında illərlə nəfəsimiz olan, kölgəsi ilə yay istisini yüngülləşdirən, tozu-torpağı udan ağaclar sakitcə yoxa çıxarılıb. Elə bil burada heç vaxt ağac olmayıbmış kimi…
    Sual isə sadədir, amma cavabsız qalır: bu ağaclar hara getdi? Kim kəsdi, kim satdı, kim icazə verdi? Yerin bu qədər sürətlə sementlənməsi hansı zərurətdən doğdu və bu “inkişafın” ekoloji bədəli kim tərəfindən ödənəcək?
    Daha acısı odur ki, Azərbaycan bir müddət öncə COP kimi qlobal ekoloji tədbirə ev sahibliyi edib. Tribunlardan iqlim dəyişikliyi, yaşıl gələcək, ekoloji məsuliyyət haqqında pafoslu çıxışlar səsləndi. Bəs real həyat? Xırdalanda yol kənarında kəsilən ağaclar həmin vədlərin harasında dayanır?
    Abşeron Rayon İcra Hakimiyyətinin bu prosesdən xəbərsiz olduğuna inanmaq çətindir. Yol qırağındakı ağacların taleyi doğrudanmı heç kimin marağında deyil?
    Ağac təkcə yaşıllıq deyil. Ağac sağlamlıqdır, nəfəsdir, gələcəkdir. Onu kəsmək sadəcə bir gövdəni yox etmək deyil, şəhərin ekoloji balansını pozmaqdır. Beton isə nə oksigen verir, nə kölgə, nə də vicdan rahatlığı.
    Bu məsələ sosial şəbəkə paylaşımı kimi unudulmamalıdır. İctimai nəzarət, rəsmi açıqlama və məsuliyyət tələb olunur. Çünki bu gün susduğumuz hər kəsilmiş ağac sabah uşaqlarımızın nəfəsindən kəsilmiş bir pay olacaq.
    Qeyd edək ki, məsələ ilə bağlı məlumatı jurnalist Ruhiyyə Daşsalahlı paylaşıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR