AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub

  • + A
  • - A
  • Dünən, 11:20

    Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub

    Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

    "Report" əldə etdiyi məlumata əsasən, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub.

    Bu ad il ərzində 1569 uşağa qoyulub.

    Bundan əlavə, doğumu qeydə alınmış oğlanlardan 1166-na Raul, 1028-nə Əli, 1050-nə Hüseyn, 986-nı Yusif adı verilib.

    Qız uşaqları arasında isə Melisa adı birinci olub. Ötən il ərzində bu ad 1073 uşağa verilib.

    Bundan əlavə, yeni doğulmuş qızlardan 1015-nə Zeynəb, 1014-nə Məryəm, 993-nə Nilay, 964-nə isə Aylin adı qoyulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR