Tehran şəhərindəki İmam Xomeyni Müsəlla dini kompleksinin günbəzi üzərində qırmızı “qisas bayrağı” qaldırılıb. Son günlər burada İranın ali dini lideri Əli Xamenei ilə vida mərasimi keçirilirdi.
İranda qırmızı bayraq ənənəvi olaraq öldürülən şəxsə görə qisas çağırışını ifadə edir və baş verən zorakılığa cavab veriləcəyi barədə xəbərdarlıq kimi qiymətləndirilir.
Əli Xamenei ilə vida mərasimi iyulun 3-də başlayıb. Bu gün Tehranda milyonlarla insanın qatılmasının gözlənildiyi genişmiqyaslı matəm yürüşü keçiriləcək. Daha sonra onun cənazəsi dəfn olunmaq üçün Qum şəhərinə aparılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.