Rusiyanın gecə Kiyevi atəşə tutması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.
"Təəssüf ki, Rusiya hücumu nəticəsində ölənlərin sayı 15-ə çatdı", –o yazıb.
Daha əvvəl 9 nəfərin həlak olduğu və 46 nəfərin yaralandığı məlum idi.
Qeyd olunur ki, iyulun 6-na keçən gecə Rusiya qoşunları hava hücumları üçün rekord sayda - 419 vasitədən (68 raket və 351 PUA) istifadə edərək Ukraynaya kütləvi zərbələr endirib. Zərbənin əsas istiqaməti Kiyev olub.
Bəyanatda bildirilib ki, hava hücumundan müdafiə qüvvələri 363 hədəfi (326 pilotsuz uçuş aparatı və 37 qanadlı raket) məhv edib, lakin müvafiq raket əleyhinə vasitələrin kəskin çatışmazlığı səbəbindən ballistik raketləri vurmaq mümkün olmayıb.
***
İyulun 6-na keçən gecə Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.
Nəticədə azı 9 nəfər ölüb, daha 46 nəfər yaralanıb.
Partlayışlar şəhərin müxtəlif rayonlarında və ətrafında baş verib. İnsanlar metro stansiyalarına sığınıb.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnitsa rayonunda bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında insanlar ola bilər.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Hücumdan bir neçə saat əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə yeni kütləvi zərbə hazırladığı barədə xəbərdarlıq etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.