Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Anlaşma Memorandumu imzalayıb.
Memorandum Bakıda AIDA-nın yaranmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans" çərçivəsində imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və TİKA-nın rəhbəri Abdullah Eren imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.