AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elman Rüstəmov kimdir? - Bu baş verənə qədər hər şey yaxşı idi...

  • + A
  • - A
  • 2-05-2017, 09:36

    Elman Rüstəmov kimdir? - Bu baş verənə qədər hər şey yaxşı idi...

















    Anv.az “Məmur portreti” adlı rubrikanı davam etdirir.

    Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar.

    “Məmur portreti”inin növbəti qonağı Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.

    Elman Rüstəmov kimdir?

    22 ildən artıqdır “ölkənin baş bankiri” postunu əzmlə qoruyan Elman Rüstəmov 29 iyun 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub.

    Xərçəng bürcünün tipik nümayəndələrindən olan E.Rüstəmov bu bürcün bir çox xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir:

    ““Xərçənglər” hərdəmxəyal olurlar. Onlar vaxtaşırı olaraq dəyişirlər. Elə dövr olur ki, onlar müsbət qəhrəman olurlar. Bəzi hallarda isə onlara münasibət dəyişir. Həmsöhbəti dinləməyi bacarırlar”.

    Görünür bu bürcün xarakteristikasını hazırlayanlar ya Elman Rüstəmovu tanıyırlarmış, ya da manatın devalyasiyaya uğrayacağını əvvəlcədən biliblər.

    Gələcəyin “baş bankiri” orta təhsilini Cəbrayıl rayonunda alır.

    1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirir.

    Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlayır.

    Elmi fəaliyyətlə məmur həyatını bir araya sığışdırmağı bacarır...

    Elman Rüstəmovun ilkin karyera istiqaməti iki hissəyə ayrılır. O, paralel olaraq həm elmi araşdırmalar aparır, həm də müxtəlif dövlət vəzifələrində çalışır.

    1975-ci ildən 1978-ci ilədək aspiranturada oxuyan E.Rüstəmov 1978-1980-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləyir.

    1980-1990-cı illərdə Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışır.

    1986-cı dissertasiya müdafiə edir və iqtisad elmləri namizədi alimlik dərəcəsini alır.

    1990-1992-ci illərdə Moskva şəhərində doktoranturada oxuyur və paralel olaraq Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyir.

    1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilir.

    1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsini alır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.

    Manatın devalyasiyasına qədər hər şey rəvan idi...

    Xatırladaq ki, E.Rüstəmov son olaylara qədər cəmiyyətdə müsbət imicə malik idi. Milli valyutanın tənəzzülə uğraması, Mərkəzi Bank sədrinin devalyasiyanın olmayacağına dair bəyanatının ardınca dolların sürətlə bahalaşması onun reputasiyasına mənfi çalarlar gətirdi.

    Bu məqamda qeyd edək ki, Elman Rüstəmovun “baş bankir” kimi fəaliyyəti 1995-ci ilin yanvar ayına təsadüf edir. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin edilir. Artıq 23 ilə yaxındır ki, bu vəzifədə çalışır.

    2000-ci ilin aprelində ikinci 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri, 2005-ci ilin aprelində üçüncü 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri təyin olunur. 2010-cu ildə isə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri olaraq fəaliyyətini davam etdirir. 2015-ci ildə ikinci, ümumilikdə isə beşinci beş il müddətinə Mərkəzi Bankın sədri olur. Dünya Bankının Azərbaycan üzrə rəhbəridir.

    Ölkə şahmatı onun gəlişi ilə nə qazandı, nə itirdi?

    Elman Rüstəmov eyni zamanda Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edir. 10 ildir ki, həm də bu vəzifəni daşıyan E.Rüstəmovun gəlişi təəssüf ki, idmanın bu intellektual növünün inkişafına rəvac vermədi. Əksinə şahmat təşkilatçılığında sələfi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyadan daha zəif rəhbər statusunu qazanmış oldu.

    Bir zamanlar nəinki ittifaq, hətta dünya səviyyəli şahmatçılar yetişdirən, dünya miqyaslı gənc istedadları isə müstəqillik tariximizə şanlı çalarlar gətirən şahmatımız məhz “baş bankir”in bu sahəyə gəlişindən sonra tənəzzül dövrünü yaşamağa başladı.

    Sonda bildirək ki, Mərkəzi Bank sədrinin üç övladı var. Onlardan biri – Günel Rüstəmova haqqında ictimaiyyət daha çox məlumatlıdır.

    Orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alan G.Rüstəmova ölkəmizin tanınmış modelyerlərindən biridir. 12 ildən artıqdır Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub.

    Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyim modellərinin müəllifi məhz Günel xanımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR