AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan polisi dünənki təxribatlara qarşı dözüm və təmkin nümayiş etdirdi” - Məşhur Məmmədov

  • + A
  • - A
  • 16-07-2020, 10:57

    “Azərbaycan polisi dünənki təxribatlara qarşı dözüm və təmkin nümayiş etdirdi” - Məşhur Məmmədov
    “İyulun 12-də işğalçı Ermənistan növbəti təxribata əl ataraq bütün beynəlxalq hüquqları pozdu. Bu dəfə işğal altında saxladığı Qarabağı deyil, Azərbaycanla sərhəd bölgə olan Tovuzu hədəf aldı. Təəssüf ki, erməni təxribatı nəticəsində dəyərli qardaşlarımızı, övladlarımızı şəhid verdik. Şəhidlik zirvəsinə ucalmış zabit və əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Ancaq Azərbaycan ordusu qətiyyətlə düşməni susdurdu”

    AzadMedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

    Deputat bildirib ki, Ermənistan heç vaxt tək addım ata bilməyib: “Çünki Ermənistan dövləti heç bir təxribatının arxasında tək və özbaşına olmayıb”.

    Məşhur Məmmədov dünən parlamentin önündə baş verən təxribat əməllərini də pisləyib:
    “Dünən axşamdan etibarən on minlərlə insanın toplaşdığı nümayişlər onu göstərdi ki, Azərbaycan xalqı həqiqətən də mütəşəkkil olmağı bacarır. Təəssüf ki, əsas şüarı vətən, torpaq və cənab Prezidentdən müharibədə onların iştirak etməsi üçün icazə istənilən dinc yürüş prosesində, sonradan gənclərin bir hissəsi təxribat nəticəsində yanlış istiqamətə yönləndirildi və arzuolunmaz hadisələr baş verdi. Milli Məclisin inzibati binasına zor gücünə daxil olaraq, orada dağıntılar törətmək istəyənlərin qanuna zidd cəhdləri yalnız Azərbaycan polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı sayəsində dəf edildi. Milli Məclis Azərbaycan vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR