Deputat partiyasının qurultayına hazırlaşır
Nurullayev: "Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq, güclü partiyaya çevrilmək qərarı verdik"
"2015-ci il 17 oktyabrda AXCP-nin etimad qurultayı keçirildi və mən sədr seçildim. Əli Kərimlinin başçılığı altında da qurultay keçirildi və o da AXCP sədri seçildi. Azərbaycanda iki AXCP oldu və bu günə qədər də davam etməkdədir. Nə baş verir versin, ən çox bizim əziz cəbhəçilərimiz və hərəkatçılarımız bundan zərər görür".
AzadMedia.Az xəbər verir ki, bunu AXCP-nin Qurultaya hazırlaşması ilə bağlı açıqlamasında deputat Razi Nurullayev bildirib.
Partiyanın sədri vurğulayıb ki, Nizamnaməyə görə qurultay keçirilməlidir, lakin məlum pandemiya səbəblərindən bu mümkün olmadı və bir az gecikməli oldular. O, onlayn Qurultay keçirmək qərarına gəldiklərini və artıq vaxt təyin edildiyini qeyd edib:
"Bildiyiniz kimi, bu zaman müddətində ağrılı günlər keçirmişik, məşəqqətlər yaşamışıq. Hamı elə bilirdi ki, iqtidar məni AXCP kimi tanıyacaq, bu planlaşdırımış məsələdir və sair o qədər fikirlər deyildi ki. Nəticədə isə elə iqtidar nümayəndələri də Əli Kərimliyə AXCP sədri deməkdə davam etdilər. Bir dəfə də olsun AXCP-nin Əli Kərimli və Razi Nurullayev qanadı da demədilər. Nə etmək olar, qismətdən artıq yemək olmaz, taleyi də, alın yazısını da dəyişmək olmur".
R.Nurullayev bu müddətdə uğursuz olmadıqlarını da bildirib:
"Biz 2018-ci il Prezident seçkisində iştirak etdik, 2020-ci ilin növbədənkənar Parlament seçkilərində müstəqil olaraq, amma partiyanın gücü ilə iştirak etdik və mandata sahib olduq. Bütün bunlar artıq bizim keçmişimiz və tariximizdir.
Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq və güclü partiyaya çevrilmək qərarı vermişik. Bu məsələlər partiya qurultayının müzakirəsinə çıxarılacaq və müvafiq qərarlar