AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Kərimliyə saxta sənədə görə cinayət işi açılacağı təsdiqlənir - İstintaq

  • + A
  • - A
  • 20-04-2017, 12:51

    Əli Kərimliyə saxta sənədə görə cinayət işi açılacağı təsdiqlənir - İstintaq
















    AXCP sədri Əli Kərimli aprelin 21-i, saat 10.30-a Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb

    O, bu barədə özünün Facebook səhifəsində yazıb. AXCP sədri bildirib ki, bu çağırış siyasi sifarişdir.

    “Yadınızdadır, biz “Talana, korrupsiyaya, monarxiyaya yox!” tələbilə mitinq təşkil edəndə YAP-ın sözçülərindən olan Siyavuş Novruzov hüquq-mühafizə orqanlarına bir təlimat vermişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır.

    Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verib. Sonra da hüquq-mühafizə orqanlarına çağırış etmişdi ki, bu işi araşdırsınlar. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq.

    Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrdi.

    Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib.

    Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar”.

    Ə.Kərimli həmçinin, bildirib ki, müavini Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar.

    Ulus.Az xəbər verir ki, AXCP sədrinə saxta partiya bileti ittihamı ilə cinayət işi başlana bilər. Bu barədə yazmışdıq və hətta onun həbsini istisna etmirdik.

    Azərbaycandan mühacirətə gedənlərə saxta partiya biletləri satılması qalmaqalı böyüyür. Hüquq-mühafizə orqanları tərəfindən bu işdə adı keçən şəxslər barədə araşdırma başlanması gözlənilir.

    YAP-çı deputat Siyavuş Novruzov qeyd etmişdi ki, mitinqdə əvvəlki köhnəlmiş fikirlər, məzmunsuz çıxışlar, aspekti olmayan iddialar səsləndirilib: “Korrupsiyaya qurşanmış AXCP sədri Əli Kərimli çıxıb orada korrupsiyadan danışır.

    Bilirik ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır. Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Bu məsələlər araşdırılır”.

    Hakim dairələrdə Ə.Kərimlinin və Avropadakı şəbəkəsinin mühacir biznesi ilə məşğul olduğu haqda səhih məlumatlar var.

    Hüquq-mühafizə orqanları tərəfindən təftiş olunan bu ittihamlarla bağlı prokurorluqda AXCP sədrinə cinayət işi açılması gözləniləndir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR