AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunan kəşfiyyatçısı: Türkiyə möcüzələr gerçəkləşdirir

  • + A
  • - A
  • 20-08-2020, 21:20

    Yunan kəşfiyyatçısı: Türkiyə möcüzələr gerçəkləşdirir


    Türkiyə öz müdafiə sənayesini inkişaf etdirdiyi halda, Yunanıstan özünü məhv etdi. Həm itmiş, həm də məğlub vəziyyətindəyik.

    Azadmedia.z Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Yunanıstan kəşfiyyatının keçmiş rəhbəri Savas Kalenderidis deyib.

    O, 20 ildir Türkiyənin öz müdafiə sənayesini gücləndirdiyini bildirib:

    “Ərdoğanın liderliyindəki Türkiyə sürətlə güclənir. Etiraf etmək lazımdır ki, Türkiyə sözün həqiqi mənasında möcüzələr gerçəkləşdirir. Buna paralel olaraq isə Yunanıstan öz müdafiə sənayesini parçalayır.

    Yunanıstan Türkiyənin məqsədlərini başa düşə bilmir. Yunan siyasətinin qiymətləndirmə bacarığı çox zəifdir. Başqa sözlə, Türkiyənin qərarlarını və davranışlarını düz qiymətləndirə bilmirik. Yunanıstanda planlaşdırma həyata keçirə bilən bir hökumət yoxdur. Başqa sözlə, həm məğlub olmuş, həm də itmiş vəziyyətdəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR