AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliabbas Salahzadə: "Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat cəhdi idi"

  • + A
  • - A
  • 22-08-2020, 14:34

    Əliabbas Salahzadə: "Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat  cəhdi idi"

    Bu gün Tovuz rayonunda erməni təxribatının qarşısını alarkən qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin şəhadətindən 40 gün keçir. Tovuz hadisələrində Beynəlxalq təşkilatlar Azərbaycanı birmənalı şəkildə dəstəklədilər. Ermənistanın yeni təxribat əməlləri, yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənildi.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.

    O bildirib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hadisələr Ermənistan tərəfindən törədilmiş hərbi təxribat cəhdi idi. Həmişəkindən fərqli olaraq Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər. Onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər.
    Şəhidlərin doğulduğu rayonlarda keçirilən 40 mərasimlərindən aydın görünür ki, Şəhidlərin xatirəsi xalq tərəfindən ehtiramla yad edilir. Dövlət rəsmilərinin də 40 mərasimlərində iştirakı dövlətin Şəhidinə ehtiramından, daim şəhid ailələrini diqqətdə saxlamasından xəbər verir.
    Allah torpaqlarımızın azadlığı yolunda canından keçmiş cəmi şəhidlərə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR