AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni icra başçıları kimdir?

  • + A
  • - A
  • 24-08-2020, 14:15


    Yeni icra başçıları kimdir?

    Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Biləsuvar rayonuna icra başçısı təyin edilən Faiq Qürbətovun bioqrafiyası ictimai marağa səbəb olub.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Qürbətov 2018-ci ildən İctimai televiziyanın Aparat rəhbəri vəzifəsində olub. O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib.

    2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

    Dövlət başçısının bu gün Saatlıya icra başçısı təyin etdiyi Elmir Bağırov gənc kadrdır. O, 1980-ci ildə Masallı rayonunda anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində bakalavr təhsili alıb. 2001-2003-cü illərdə Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsini bitirib. 2006-2015-ci illərdə Heydər Əliyev Fondunda işləyib. 2009-cu ildən Dövlət İdarəçilik Akademiyasında elmi fəaliyyətlə məşğul olur. 2015-ci ildən Dənizkənarı Bulvar İdarəsində Aparat rəhbəri vəzifəsini daşıyır. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

    Evlidir, 2 övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR