AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rumıniyadakı Azərbaycan icması ölkə parlamentinə və Xarici İşlər Nazirliyinə müraciət edib

  • + A
  • - A
  • 12-10-2020, 13:45


    AzadMedia.az xəbər verir ki, Rumıniyada fəaliyyət göstərən Azərbaycan icması ölkənin parlamentinə, Xarici İşlər nazirliyinə və dünya birliyinə müraciət edib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AzadMedia.az - a verilən məlumata görə, Rumıniya Azərbaycanlıları Birliyinin prezidenti Vaqif Həsənovun imzaladığı müraciətdə Ermənistanın 27 il ərzində ölkəmizə qarşı təcavüzkar və işğalçı siyasət yürütdüyü qeyd edilir. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayondan Ermənistanın yerli azərbaycanlıları didərgin salmaqla vətəndaşların fundamental azadlıq hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobudcasına pozduğu bildirilir. Azərbaycan ordusunun Ermənistanın 27 sentyabr hücumuna əks-hücumla cavab verməklə xalqımızın özünümüdafiə və ərazibütövlüyü hüquqlarını həyata keçirdiyi, beynəlxalq qanunlara müvafiq hərəkət etdiyi barədə ətraflı məlumat verilir.

    Son olaraq, onu da qeyd edək ki, soydaşlarımız Rumıniya hakimiyyətini və dünya birliyini Azərbaycan torpaqlarını işğaldan azad etməsi, beynəlxalq hüquq normalarına uyğun davranması, təcavüzkar siyasətdən əl çəkməsi üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırıblar.




    Rumıniyadakı Azərbaycan icması ölkə parlamentinə və Xarici İşlər Nazirliyinə müraciət edib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR