AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nürnberqdə Gəncədəki amansız terror aktına etiraz- "Gəncə terroru cavabsız qalmayacaq"

  • + A
  • - A
  • 12-10-2020, 12:00

    Nürnberqdə Gəncədəki amansız terror aktına etiraz- "Gəncə terroru cavabsız qalmayacaq"

    Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı icması Ermənistanın təcavüzkar siyasətinə və Gəncə şəhərindəki amansız terror aktına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirib.

    AzadMedia.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, aksiyada ölkənin müxtəlif bölgələrindən gələn soydaşlarımız və Türkiyənin diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Aksiya iştirakçıları polisin müşayiəti ilə mərkəzi küçələr boyunca hərəkət ediblər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycan, alman və ingilis dillərində “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirilib.

    Qeyd edək ki, Aksiyanın mitinq hissəsində çıxış edənlər işğalçı Ermənistan ordusunun 11 oktyabr 2020-ci il gecə saat 2 radələrində Gəncədəki mülki yaşayış məntəqəsini raket atəşinə tutmasını sərt şəkildə pisləyiblər.

    Bildirilib ki, 9 nəfərin həlak olması, 34 nəfərin yaralanması, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulması ilə nəticələnən bu terror aktı humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Aksiya iştirakçıları bildiriblər ki, Gəncə terroru cavabsız qalmayacaq, bütün Avropa Ermənistanın terror və təxribatları barədə ətraflı məlumatlandırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR