AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misir mətbuatında Azərbaycanın haqlı mövqeyi barədə yazılıb

  • + A
  • - A
  • 13-10-2020, 20:01

    Misir mətbuatında Azərbaycanın haqlı mövqeyi barədə yazılıb

    AzadMedia.az xəbər verir ki, Misirdə fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun və misirli jurnalist Husəm Xudeyrin Misir mətbutında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalələri dərc olunub.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AzadMedia.az-a verilən məlumata görəS.Nəsirov Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan ordusu beynəlxalq hüquqa uyğun olaraq, işğalçı Ermənistan ordusunun genişmiqyaslı 27 sentyabr hücumuna layiqli cavab verib. Azərbaycan özünümüdafiə, torpaqlarının azad olunması və ərazi bütövlüyünün bərpası hüquqlarını həyata keçirir.
    Husəm Xudeyr isə 1990-cı illərdə Azərbaycana səfər edərək Bakıda, Lənkəranda və Ağdam rayonunda olduğunu yazıb. Misirli jurnalist Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, insan haqlarına zidd olaraq azərbaycanlılara qarşı etnik təmizlənmə siysəti yürütdüyünü, azərbaycanlıların, xüsusilə yaşlı insanların, qadınların və uşaqların öldürülülməsinin sənədlərlə sübut olunduğunu və bu şəkilləri özünün də çəkdiyini qeyd edib.

    Jurnalist bildirib ki, 30 ilə yaxın dövrdə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək barədə beynəlxalq öhdəliklərinə əməl etməyib və ATƏT-in Minsk Qrupu indiyədək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində heç bir irəliləyişə nail olmayıb.

    Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq olar:

    http://sotbaladna.com/5395/
    http://sotbaladna.com/5369/




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR