AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidlik məqamın mübarək, nurüzlü İbrahim!

  • + A
  • - A
  • 18-10-2020, 15:26

    Şəhidlik məqamın mübarək, nurüzlü İbrahim!

    Hər kəs ölür, amma Şəhidlik hər kəsə nəsib olmur.
    Şəhidlik məqamın mübarək, nurüzlü İbrahim!
    Allah bizi yanında utandırmasın!


    Vətən sənə oğul dedi!..

    Hər birimiz bizə verilən ömür payını son dərəcə mənalı və səmərəli yaşamağı arzu edirik. Lakin hər bir insan arzuladığı kimi yaşaya bilmir. Həyatımızı cəmiyyətimiz üçün, Vətənimiz, Xalqımız üçün yaşadığmız an səmərəli yaşamış oluruq. Bu yolda örnək götürdüyümüz, həyatını Vətəni və xalqı üçün fəda etmiş qəhrəmanlarımız həm Allah yanında, həm də tarix boyu xalqının qəlbində, yaddaşlarında yaşayan şəhidlərimiz var! Şəhidlik! Vətən, torpaq, böyük amallar uğrunda heç tərəddüd etmədən şirin canından keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə xatırlanır, onların əziz və müqəddəs xatirələri dərin ehtiram hissi ilə yad edilir. Şəhidlərin uğrunda canlarını fəda etdikləri azadlıq, müstəqillik onun üçün o qədər qiymətlidir ki, o amallar uğrunda canlarını fəda etmiş şəhidlərimizin bizə əmanətidir.
    Müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli Şəhidlərimizin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar. Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub şəhid olan Lələyev İbrahim kimi.


    Lələyev İbrahim əsl Azərbaycan əsgərinə, layiq hərəkət edib. Onun hərəkəti Azərbaycan əsgərləri, zabitləri, bütün gəncər üçün örnəkdir.İbrahim böyüyüb boya-başa çatdığı kəndə son gəlişi bu gün hər bir kənd sakininin qəlbində niskilli xatirəyə dönüb. Sıralarımızdan gedişinlə çoxlarının ürəyini parçaladın, çox gözləri yaşlı qoydun. Ölümü ilə ölməzlik qazanan igid eloğlu, səninlə fəxr edirik! Nəsillər dəyişsə də, sənin əziz adın əbədi xatırlanacaq və yaşayacaqdır! Çünki Vətən sənə OĞUL dedi!



    İbrahim Həzrətqulu oğlu Lələyev 25 Avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 6 İyul 2015-ci ildən 2 yanvar 2017-ci ilədək həqiqi hərbi xidməti Qazax rayonunun Kəmərli kəndində yerləşən N saylı hərbi hissədə keçirib. Nümunəvi xidmətə görə hərbi hissə komandiri tərəfindən 10 günlük məzuniyyətə buraxılıb. 2016-cı il aprel döyüşlərində iştirak edib. 2 yanvar 2017-ci ildə ordudan təxris olunub. İbrahim Lələyev bir müddət Bakı şəhərində bayraq meydanında işləyib. Ermənilərin vətənimizə qəfil hücumundan sonra Ali Baş Komandanımız cənab İlham Əliyevin çağırışına səs verənlərdən biri də İbrahim olub. 29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 10 oktyabr 2020-ci ildə şəhid Lələyev İbrahim Həzrətqulu oğlunun cənazəsi doğulduğu Hişkədərə kəndində izdihamla dəf olunub.

    İbrahim , ruhun şad, yerin cənnət olsun! Timsalında Vətən uğrunda şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.

    Masallınınsəsi.az


















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR