İsveçdə, Ermənistanın hücumları nəticəsində, həyatını itirən azərbaycanlı mülki şəxslər anıldı
AzadMedia.az-a İsveçdə yaşayan, tanınmış Azərbaycanlı yazıçı Eluca Atalının verdiyi foto məlumata əsasən, İsveçdə, Ermənistanın hücumları nəticəsində, həyatını itirən azərbaycanlı mülki şəxslər anılıb.
Eluca Atalı qeyd edib ki, "25 oktyabrda İsveç Krallığındakı Azərbaycan Səfirliyinin qarşısına gedib Gəncə və yurdumuzun digər regionlarında sivil xalqımıza qarşı ermənilərin törətdikləri vəhşiliyi qınadıq, güllər, şamlar və uşaq oyuncaqları, şəkilli uşaq kitabları qoyduq. Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı İsveçdə fəaliyyət göstərən İsveç Azərbaycan Birliyi(SAF) və Qarabağ məktəbinin rəhbəri Sevda Dadaşova idi. Anım gününün davamı olaraq, Qarabağ məktəbinin binasında toplaşan iştirakçılar, bir diaspora nümayəndəsi kimi, gələcəkdə yurdumuzu və vətənimizi xaricdə necə qoruyacaqlarını müzakirə ediblər."
Qarabağ Azərbaycandır!
Azerbaycanlı ünlü Yazar Eluca Atalı ise yaptığı açıklamada, "Ağdam, Gence ve çeşitli şehirlerimizde saldırgan Ermeniler sivillerimizi öldürdüler. Bütün dünya bu olaylara sessiz kaldı. Karabağ bizim ana yurdumuzdur. Ordumuz zafer kazanacaktır. Buna inanıyorum" ifadelerini kullandı. Anma törenine katılan Türkan Jafarzadeh yaptığı açıklamada, "Bende diğer arkadaşlarımla Stockholm'de yaşıyorum. Bugün burada toplanma sebebimiz son zamanlarda Ermenilerin sivillere saldırıp şehit etmesinden dolayı Stockholm'deki Azerbaycan Büyükelçiliği önünde toplandık. Bütün şehitlerimizi andık" dedi.