İsveçdə yaşayan yazıçı Eluca Atalı- "Qarabağ Azərbaycanın ürəyidir, təbiidir ki, ürəksiz bədən yaşaya bilməz - Qələbə bizimdir!"
"Qarabağ Azərbaycanın ürəyidir, təbiidir ki, ürəksiz bədən yaşaya bilməz - Qələbə bizimdir!"
Bu ifadəni, AzadMedia.az-a açıqlamasında, İsveçdə yaşayan həmyerlimiz, bugünədək vətənimizlə - Dağlıq Qarabağımızla bağlı müxtəlif dillərdə 27 kitab müəllifi olmuş, tanınmış araştırmacı, yazar Eluca Atalı deyib.
Tanınmış yazıçı Eluca Atalı- "Asif Ata deyir: "Yurd - müqəddəsləşən torpaqdır!" Bu gün əsgərlərimiz tək torpaqlarımızın geri alınması, yurdumuzun bütövləşməsi üçün canlarından, qanlarından keçmirlər. Onlar həm də 30 ildir tapdanan torpağımızı qoruyurlar.
Torpaq su ilə yoğrulanda palçıq olur, qanla suvarılanda Vətən! Qarabağın vətən olub orda rahat yaşamağımız üçün qanını torpağa hopduran əsgərlərimizə borcluyuq. Onlar həm də ikiüzlü dünyada itmiş haqqı, ədaləti bərpa edirlər. Bu minvalla həm də dünyaya dərs vermiş olurlar.
Əsgərlərimizin Vətən tarixinə yazdıqları zəfər dolu sətirləri anbaan izləyirik, ruhumuz, fikrimiz onların yanındadır. Biz xaricdə informasiya savaşı edirik, bu vaxta qədər yurdumuz haqda ermənilərin yaydığı yalan məlumatları vurub meydandan çıxarmağa cəhd edirik.
Qarabağ bir yurd olaraq, babalarımızın bizə ötürdüyü qiymətli xəzinədir, bizimsə borcumuz onu gələcək nəslə çatdırmaqdır. Bu səbəbdən də biz hamımız dünənlə sabah arasında vasitəçi olan bir körpüyük. Bu gün bu körpünün etibarlı olması bizim ruhumuzdan və idrakımızdan çox asılıdır.
Vətənimin qorxmaz, cəsur ər oğulları! Sizinlə fəxr edirik, düşmənə doğru yürüyərkən ürəyiniz əsməsin, diziniz bükülməsin.
Siz bu gün tarix yaradırsınız!
Qələbə bizimdir!
Tezliklə Vətənimizin bütövləşməsi inamı bizi yaşadır...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.