Politoloq Ülkər Piriyeva - “Üç rəngli bayrağınla məsud yaşa, can Azərbaycan!”
Üç rəngli Azərbaycan Bayrağı - Bu bayraq dalğalandıqca, bu ölkə həmişə var olacaqdır!
Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan üç rəngli bayrağımız. Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Dövlət bayrağıdır.
Sözün əsl mənasında, bu gün, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan müstəqil Azərbaycan dövlətinin üzərində dalğalanan üç rəngli əzəmətli bayrağımız hər bir Azərbaycan vətəndaşının ürəyində qürur hissi doğurur.
Bu bayraq 1918 - 1920 - ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, o, qonşu iri dövlətlərin məkrli planları nəticəsində 1920 - ci ildə süqut etdi. Xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına həmişə böyük ümid bəsləyirdilər. Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990 - cı il noyabrın 17 - də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991 - ci il fevralın 5- də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi. Bəli, üçrəngli bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Respublikamızın prezidenti xarici ölkələrə səfərlərə getdikdə milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsini yaşayır. Bəli, bu gün, üçrəngli milli bayrağımız respublikamızda, müstəqil Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iqamətgahları önündə və 28 ilsonra, Cənab Prezident, Silah Qüvvələrin Ali baş Komandanı İlham Əliyevin əmrində olan Müzəffər Azərbaycan ordusunun işğaldan azad edilən Qarabağ torpaqlarımızda qaldırılırvə 3 rəngli bayrağımız, artıq Milli qürur günümüz olan 8 noyabr tarixindən mədəniyyət beşiyimiz Şuşada qaldırıldı.
Bayraq Bayramın mübarək Can Azərbaycan!
Əziz ŞUŞA, Sən azadsan, Biz səni dirçəldəcəyik!
ŞUŞA Bizimdir, QARABAĞ Azərbaycandır!