AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "İlin Siyasətçisi, Prezident İlham Əliyev" və "Zəfər Tariximizin yolu" - Özəl

  • + A
  • - A
  • 28-12-2020, 05:44

    AzadMedia.az-a verdiyi açıqlamada, Politoloq Ülkər Piriyeva - "Qazandığımız tarixi Qələbə və qələbəmizə aparan amillər" barədə danışıb.
    Politoloq Ülkər Piriyeva - "İlin Siyasətçisi, Prezident İlham Əliyev" və "Zəfər Tariximizin yolu" - Özəl

    Bu gün dünyanın istənilən nöqtəsində, hər bir azərbaycanlı böyük fəxarət və qürur hissi ilə deyə bilər ki, Qarabağ işğaldan azad edildi. Qarabağ bizimdir! Bu münasibətlə başda Cənab Ali Baş Komandan olmaqla bütün həmvətənlərimizi ən dərin səmimiyyətlə ürəkdən təbrik edirik.
    Silahlı Qüvvələrimizdə xidmət edən hər bir şəxsi təbrik edir və Zəfər tariximiz yolunda canından keçən şəhidlik zirvəsinə ucalan hər bir şəhidimizə Uca Allahdan rəhmət diləyirik.
    Qoy Uca Allah vətənimizi, ölkə rəhbərliyimizi, ordumuzu və xalqımızı qorusun!

    Bəli, 30 ildir işğal altında olan Dağlıq Qarabağımız azad edildi. 30 ildir həsrətində qaldığımız doğma Qababağ torpaqlarımız indi azaddır. Biz artıq mədəniyyət beşiyimiz Şuşaya qayıtmışıq. Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Əlbəttə ki, 8 noyabrın 2020-ci il tarixi Azərbaycan tarixində əbədi olaraq qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Zəfərimizin günüdür..
    Azərbaycan xalqı, bu tarixi qələbəni döyüş meydanında ər oğullarının-ordumuzun onlara öndərlik edən Ali Baş Komandanının sayəsində qazandı, daha 30 ildir həll ediləcək deyə gözlədiyimiz danışıqlar masası arxasında deyil. Sözsüz ki, 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Artıq bütün dünyaya da sübut elədik ki, danışıqlar prosesində düşmən tərəfi, ancaq və ancaq vaxt udmaq istəyirdi, eyni zamanda status-kvonu möhkəmləndirmək istəyirdi. Təəssüf ki, dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən təsirlər vəziyyətlə barışmağa sövq edib, bizi.
    Lakin güclü siyasi Liderimiz, ilin Siyasətçisi seçilən möhtərəm Prezidentimiz bu tərz amillərin qarşısında, əlbəttə ki, əsl layiqli qətiyyət, cəsarət, mərdlik və siyasi iradə nümayiş etdirdi və xalqımızın maraqlarına cavab verməyən heç bir razılaşmaya gedmədi. Hətta cənab Prezidentimiz dəfələrlə bütün beynəlxalq arenalardan bəyan etmişdi ki, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir. Və bütün dünya bilsin ki, Qarabağ Azərbaycandır!

    Bəli, bütün dünyanın gözü önündə aparılan danışıqlar real vəziyyətdə heç bir nəticə vermədi. Qısacası, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Ancaq biz heç bir vəchlə yanlış addım atmadıq, Ali Baş Komandanımızın Öndərliyində müzəffər Ordumuzun gücü, qüdrəti, döyüşkən iradəsi ilə biz bu Şanlı Qələbəni döyüş meydanında qazandıq, Ana Vətən yolunda şəhidlər verərək bu Qələbəni əldə etdik.
    Bəli Qafqazın narin incisi sayılan qədim Şuşa şəhəri.. Şuşada bizim mədəni irsimizə ağır zərbə vuruldu, tarixi abidələrimiz dağıdıldı, məscidlərimiz təhqir edildi.
    Lakin bu belə davam edə bilməzdi, biz artıq mərdliklə geri qayıtdıq. Bundan sonrakı dönəmlərdə, bütün tarixi abidələrimizi, bütün məscidlərimizi bərpa edəcəyik və 28 ildən sonra Şuşada yenidən azan səsinin eşidilməsi belə bizim artıq əbədi olaraq doğma torpaqlarımıza qayıdışımızın göstəricisi, təcəssümüdür..
    Üç rəngli Azərbaycan bayrağı bu gün fəxarətlə Qarabağ torpaqlarımızda dalğalanır. Məscidlərimizdə azan səsi eşidilir.. Milli musiqilərimiz ustad sənətkarlarımız, hətta əsgər və zabitlərimiz tərəfindən 30 ildir həsrətdə qalan, yolumuzu gözləyən Qarabağın hər daşına torpağına və bütün dünyaya duyurulur..

    Bu gün dünyanın hər bir nöqtəsində soydaşlarımız artıq qürur hissiylə doğma Qarabağa qayıdışımızı bayram edir və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü artıq bütün geridə qalan illərdən daha fərqli, daha içdən, daha xoşbəxt və daha qürurlu olaraq qutlayacaqlar və bütün Azərbaycan xalqı Həmrəylik Günümüzü qürur hissi ilə qarşılayacaqdır. Nə xoşbəxt bizlərə ki, bizlər bu şanlı Zəfər tarixinin canlı şahidi olmuş və ayrılmaz bir parçasıyıq.
    Bəs bizlər ötən müddət ərzində, bizi o Şanlı Qələbəyə götürən yolda nələr elədik ?
    Sözsüz ki, ötən vaxt ərzində biz güc topladıq, layiqli şəkildə, məqsədyönlü, yorulmadan, bütün təzyiqlərə baxmayaraq. Bu bizim güclü siyasi Liderimizin Ulu Öndər siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyevin öndərliyində ilk olaraq, iqtisadi güc oldu. Təbii ki, iqtisadi gücümüz əgər olmuş olmasa idi, bu tarixi Zəfəri yaza bilməzdik, heç cür əldə edə bilməzdik. Ölkəmizdə iqtisadi güc, iqtisadi müstəqillik təmin edilməli idi, təmin edildi də. Bəli, nə xoşbəxt bizə ki, bu gün ölkəmiz iqtisadi cəhətdən dünyada heç kimdən, heç bir ölkədən asılı deyil.
    Müasirlik və müstəqilik!
    Bütün bunlar bizə təntənəli surətdə imkan verdi ki, Azərbaycanımızı dinamik olaraq inkişaf etdirək, Silahlı Qüvvələrimizi - Ordumuzu və Ordumuzun texnikasını gücləndirək. Axı ölkəmizin iqtisadi imkanları əl verməsə idi, biz bütün bu qalibiyyəti və bütün bu imkanları, ümumiyyətlə bu saydıqlarımı necə əldə edə bilərdik.. Müasir və müstəqil ölkəmizdə, Cənab Prezidentimiz olduqca uğurlu və təqdirəlayiq siyasət apararaq dünya üçün çox nadir inkişaf modelini yaratdı.
    Məhz Ulu Öndərimizin Azərbaycan xalqı üçün miras qoyduğu, tarixin hər bir çətin zamanlarına sinə gərə biləcəyimiz ideologiya – Azərbaycançılıq İdeologiyasının ətrafında Dəmir Yumruq kimi birləşən Xalq, Rəhbər və Müzəffər Ordumuzun birliyi ilə biz bu Tarixi Qələbəyə nail olduq.
    Xalqımızdakı həmrəylik, milli birlik, yalnız bir müqəddəs amal uğrunda birləşməyimiz bizə - əlavə olaraq gücümüzə güc qatdı və eyni zamanda, bu Həmrəyliyimiz imkan vermədi ki, nə düşmən, nə də bəzi mənfur xarici qüvvələr öz çirkin planlarını ölkəmizdə reallaşdırsınlar.
    Əlbəttəki, ölkənin bütün sorumlu qurum və təşkilatları, eyni zamanda, xüsusilə, Azərbaycan Respublikası Diaspora ilə iş üzrə dövlət Komitəsi və Komitə sədri cənab Fuad Muradovun təşəbbüsü və rəhbərliyi altında bu yolda aparılan arxa cəbhədəki mübarizə də ölkəmizdə gözdən yayınmadı. Onların vasitəsilə dünyanın həmən-həmən hər bir ölkəsində, günün 24 saatı durmadan, dayanmadan aparılan arxa cəbhə savaşlarının da bugünki nailiyyətlərimizdə mütləq şəkildə payı vardır. Diasporamız tərəfindən, xaricdə yaşayan soydaşlarımızla Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, lobbiçilik fəaliyyətləri və s. kimi məsələlərlə bağlı bir çox təqdirəlayiq addımlar atıldı. Bununla yanaşı, qısa zaman kəsiyində saysız işlər görüldü. Əslində, bu dövrü Azərbaycan diasporunun yeni bir mərhələsi kimi də xarakterizə edə bilərik. Bir sözlə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişiklik və Cənab Prezidentin müvafiq sərəncamı ilə Dövlət Komitəsinə yeni rəhbərliyin təyin olunmasından sonra qeyd etdiyimiz istiqamətlərdə işlərin sürətlənməsi, Azərbaycan həqiqətlərinin daha geniş və koordinasiya edilmiş şəkildə dünyaya çatdırılması qələbəmizə aparal amillər sırasındadır.

    Hər bir yerdə, hər tərzdə müxtəlif neqativ hallar, siqnallar və cəhdlərlə biz qarşılaşdıq.
    Bütün bunlara rəğmən, Güclü Liderimizin sayəsində biz siyasi iradə göstərərək, həmrəylik göstərərək bu halların hər birini dəf elədik, millət olaraq öz qürurumuzu müdafiə elədik və birmənalı olaraq bütün dünyaya həm savaş meydanında və həm də diplomatiya masasında sübut elədik ki, heç kəs işimizə qarışa bilməz. Bir daha qeyd etmək istərdim ki, əgər bu milli həmrəylik olmasa idi, heç vaxt torpaqlarımızı azad edə bilməzdik.
    Beynəlxalq Media aləmində də haqqımızda gedən Sarı propaqanda və bir çox informasiya savaşında istər Ali Baş Komandanımız dünyada əleyhimizə neqativ fikirlər yaratmaq istəyən media nümayəndələrini, onların qurumlarını düzgün və haqqa dayalı diplomatiyası və güclü iradəsi ilə susdurdu və istərsə də arxa cəbhədə gedən informasiya savaşında Azərbaycan mətbuat aləmi, Azərbaycan jurnalistləri - Azərbaycan yazılı və online media qurumları öz sözünü dedi. Bütün bu maneələri, bu planları güclü siyasi iradə, xalq-iqtidar birliyi yerlə bir etdi və biz istər diplomatiya və istərsə də hərbi meydanda zəfər qazandıq.
    Digər bir amil ölkəmizin beynəlxalq səviyyədə qazandığı saysız uğurlarıdır, ki, bütün dünyaya sübut etdik, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır və nida işarəsi.. Həmçinin sübut etdik ki, tarix boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ən vacibi isə, ermənilərin bizim torpaqlarımıza iki yüz il qabaq, necə köçürüldüyünü, hansı məqsədlərlə köçürüldüyünü əsaslı faktlarla isbatladıq. Qonşu ölkələrlə dostluq əsasında, işgüzar münasibətlər qura bildik və ən önəmlisi, qarşılıqlı inam əsasında.
    Bütün Beynəlxalq aparıcı təşkilatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdılar. Bütün bunlar da öz növbəsində, qüdrətli ölkəmizin gücünə əlavə güc qatmış oldu.
    Hər zaman olduğu kimi öz sözünün üstündə dayanan verdiyi vədə hər vaxt əməl edən Cənab Ali Baş Komandan öz sözünün üstündə durdu və qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də bizlər üçün bir şölənə çevirdi. Belə ki, Həmrəylik günümüzü də, online tədbirlərlə istər ölkəmizdə və istərsə də, bütün dünyada ikiqat bayram olaraq qeyd edəcəyik..
    Eyni zamanda, bu gün şəhid ailələrinə diqqət və qayğı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm prioritetlərindən biridir və ölkəmizdə vətəndaşımıza Cənab Prezidentimiz qədər qayğıkeş və yaxın olan başqa birisi yoxdur.
    Xalqımız cənab Prezidentimizin humanistliyinə inandı və bu humanistlik bugün də, onun hər bir fərmanında öz əksini tapmaqdadır. O ölkəmizi ölkəmizin I Vitse-Prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə hər zaman tərəqqi yoluna aparıb və aparır.
    Və sonda qeyd etmək istərdim ki, mən də ölkə vətəndaşı, bir azərbaycanlı olaraq fəxr edirəm ki, bu tərəqqi yolunda ölkəmizin hər bir addımına şahidlik edənlərdənəm.. Var olun Cənab Prezident..
    Bu gün, əminliklə söyləyə bilərəm ki, Azərbaycan dünya miqyasında dinamik surətdə inkişaf edən dövlətlərdən biridir və ölkəmizin iqtisadi, hərbi potensialı hər gün güclənməktədir...
    Yaşasın bütöv, müasir və müstəqil Azərbaycan dövləti!


    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR