AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Seynur Əsgərli - "Zəfər Tarixin Mübarək, Vətən!

  • + A
  • - A
  • 10-11-2020, 22:34

    AzadMedia.az-a verdiyi açıqlamada, Politoloq Seynur Əsgərli, "Hər bir müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə bərabər, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür" deyə bildirdi.
    Politoloq Seynur Əsgərli - "Zəfər Tarixin Mübarək, Vətən!
    Bu gün, müasir və müstəqil Azərbaycan dövləti Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, qəhrəmanlıq tariximizin ən şərəfli günlərindən birini yaşayır. Rəşadətli Azərbaycan Ordusu gücü, qüdrəti hesabına cəbhənin bütün istiqamətlərində mövqelərini gündən-günə möhkəmləndirdi və qalib gəldi. Cənab Ali Baş Komandanın rəhbərliyi altında, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda şanlı tarix yazdı. Bugünki qələbəmiz ölkəmizdə həqiqətən də, Xalq-Dövlət-Ordu birliyi mövqeyinin nəticəsidir. Sözün əsl mənasında, müzəffər Azərbaycan Ordusu dünya miqyasında güclü ordu olduğunu döyüş meydanında dəfələrlə sübut etdi.
    Cənab Prezident apardığı ardıcıl siyasətin nəticəsində, bu gün ordumuza göstərilən diqqət və qayğı sayəsində, silahlı qüvvələrimiz müasir silah-sursat və döyüş texnikası, cəsur şəxsi heyətin sayı və döyüş əzmi baxımından işğalçı erməni ordusunu savaş meydanında məğlub etdi.
    Ali Baş Komandanın əmri ilə, Ordumuz öz gücü, qüvvəsi sayəsində, düşməni işğal olunmuş Dağlıq Qarabağ torpaqlarımızdan qovdu və ərazi bütövlüyümüzü bərpa etdi. Bütün bunlar, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırıldı.
    Azərbaycan əsgəri, işğaldan azad elədiyi bütün ərazilərimizə üçrəngli bayrağımızı sancdı. Beləliklə, qaçqın və məcburi köçkünlərimiz, 30 ildir həsrətində olduğumuz, doğma yurdlarına ən qısa zamanda geri qayıdacaqlar.
    Qürurverici haldır ki, biz Azərbaycan xalqı və Azərbaycan gəncləri olaraq, bu zəfər tarixini canlı yaşayırıq və biz bu şanlı tarixin bir parçasıyıq.
    Allahdan bütün yaralılarımıza şəfa diləyirəm.
    Allah bütün Şəhidlərimizə Rəhmət eləsin.
    Qoy Allah ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!
    Zəfərin mübarək, Vətən!
    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR