AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Diaspora könül işidir və bu işi həm vəzifə, həm də vətəndaş olaraq cənab Fuad Muradov layiqincə yerinə yetirir"

  • + A
  • - A
  • 30-12-2020, 07:08

    Politoloq Ülkər Piriyeva - "Diaspora könül işidir və bu işi həm vəzifə, həm də vətəndaş olaraq cənab Fuad Muradov layiqincə yerinə yetirir"

    Ölkəmiz, müstəqillik əldə etdikdən sonra dövlət qarşısında duran ən əhəmiyyətli məsələlərdən biri də xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və əlbəttə ki, bu yolda onların dövlətimizin ümumi maraqlarının müdafiəsi işinə cəlb olunması idi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı inkişaf nöqtəsi oldu. Ulu Öndər bütün səfərlərində ölkə diasporunun bir çox nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə yaxından maraqlanır, soydaşlarımızı yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində yaxından iştirak etməyə, bu yolda fəal olmağa və bu gündə Ümummilli liderimizin bizlərə miras qoyduğu “Azərbaycançılıq İdeologiyası” ətrafında birləşməyə çağırırdı.

    İllər ötdükcə, Azərbaycan diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş diaspor quruculuğu siyasətimizin ilk növbədə, məqsədi dünya azərbaycanlılarının Ana vətənlə əlaqələrini daha da inkişaf etdirib möhkəmləndirmək, həmvətənlərimizin milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporlararası əlaqələri sürətlə genişləndirmək və inkişaf etdirmək, eyni zamanda onların mədəni-siyasi hüquqlarını müdafiə etmək idi.

    Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabrın 31-dən etibarən qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımız arasında birlik və həmrəyliyi reallığa çevirirdi. Artıq, diaspor quruculuğu tarixində yeni bir mərhələ başlayırdı. Bu mərhələni həm də tarixi reallığa çevirən Prezident İlham Əliyev bu gün soydaşlarımızı eyni milli ideologiyanın ətrafında “Dəmir Yumruq” kimi birləşdirən yolda - Diaspora istiqamətində də mühüm addım atdı.

    Elə ötən dövrün ən mühüm hadisələrindən biri də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə qəbul elədiyi sərəncamla Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Ölkəmizdə Diaspor quruculuğu istiqamətindəki bütün görülən tədbirlər, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyindən diaspor təşkilatlarının Vətənə, dövlətə inamı, bağlılığı, eləcə də bir-biriləri arasındakı birlik əlaqələri, həmrəyliyi daha da artırdı.

    Bu gün, dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın müstəqil, müasir və bütöv Azərbaycan dövləti ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, bununla yanaşı Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işləri nəzərə alsaq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və son dövrdə, Komitə sədri Fuad Muradovun rəhbərliyi altında, Diaspora Komitəmizin yüksək səviyyədə fəaliyyəti, xarici ölkələrdə gördüyü saysız işləri, Zəfər Tariximizə aparan ən ümdə yollar və amillər sırasında olduğunu da xüsusi olaraq qeyd etmək istərdim.

    Məhz, Komitənin son iki il ərzində uğurlu fəaliiyəti nəticəsində, həmvətənlərimizdə milli qürur hissi daha da oyanaraq onlarda ana yurda maraq və bağlılığı artırdı. Eyni zamanda, Azərbaycançılıq ideologiyası əsasında açıq və sistemli şəkildə məşğul olmaqla bərabər, mədəniyyət, incəsənət, elm sahəsində ciddi işlər aparıldı, respublikamızın nailiyyətləri, soydaşlarımızın ayrı-ayrı ölkələrdəki uğurları təbliğ edildi, soydaşlarımızın Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilərək xarici ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xaricdə yaşayan həmvətənlərlə həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən mühüm addımlar atıldı.

    Ölkə rəhbərinin tövsiyələrinə uyğun olaraq, bir sıra ölkələrdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin daha mükəmməl səviyyədə koordinasiya olunması istiqamətində tədbirlər, xarici KİV-lərlə əlaqələrin qurulması və gücləndirilməsi ilə bağlı bir sıra layihələr və onların da həyata keçirilməsi istiqamətində görülən işlər də eyni zəmində oldu.
    Fikrimcə, 44 günlük Zəfər Tariximizin yazıldığı ərəfədə, Şanlı qələbəmizə gedən yolda da, son iki ildə Komitə sədri Fuad Muradovun təşəbbüsü və göstərişi ilə görülən işlər, yaranmış vəziyyətdə diasporun üzərinə də kifayət qədər böyük məsuliyyət və vəzifənin düşməsi diqqətdən yayınmamalıdır. Ən azından o minvalda ki, dünyanın hər hansı digər ölkəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımız milli problemlərin həllində, tarixi Qələbəmizin əldə olunmasında, müstəqil Azərbaycanın inkişafı prosesində yaxından iştirak elədi.

    Diasporumuzun fəaliyyətindəki digər nailiyyətlər başqa ölkələrdən olanlarla daha genişmiqyaslı əməkdaşlıq qurulmasıdır. Qardaş Türkiyə başda olmaqla, başqa ölkələrin diasporu ilə sıx əlaqələr var. Bu gün, xüsusilə son iki ildə onların sayı çoxluq təşkil edir və bu mənada digər Azərbaycana yaxın ölkələrin diaspor qurumları ilə münasibətlərin genişləndirilməsi istiqamətində də nəzərə çarpacaq dərəcədə addımlar atıldı və bu istiqamətdə görülən işlər sürətlə davam etməkdədir. Hər birimizə məlumdur ki, bu gün respublikamızın qazandığı uğurların beynəlxalq səviyyədə geniş təbliği xarici siyasət idarəsinin, səfirliklərimizin, diaspor və lobbi təşkilatlarımızın qarşısında duran ən ümdə vəzifələrdən biridir. Elə bu yöndə də, o da etiraf olunmalıdır ki, bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir, ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur və bu xüsusilə, Zəfər tariximiz ərəfəsində diqqətdən yayınmadı.

    Bu gün müasir, müstəqil və bütöv Azərbaycan dövləti Ümummilli Liderimizin siyasi kursunun uğurlu davamçısı Prezident Cənab Ali Baş Komandanın müzəffər iradəsi, güclü diplomatiyası və əsl siyasətçi ruhu ilə daha güclü və qüdrətli bir dövlətə çevrilib. Və əlbəttə ki, bu gücümüz, təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimizin - həmrəyliyimizin gücüdür. Elə buna görə də harada, hansı ölkədə yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər olmalıdır. Bu sarsılmaz dəyərlərimizin dünya birliyi Qarabağ Zəfər tariximiz dövründə də gərəkli şəkildə şahidi oldu.

    Bu gün həm də, cənab Fuad Muradovun fəaliyyətinin bir məqamı da ondan ibarətdir ki, yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu hazırda müxtəlif ölkələrdə əsas güc mərkəzlərindən birinə çevrilməyi də bacarıb. Azərbaycan diasporu fəaliyyətlərində ümumbəşəri dəyərlərə yiyələnməklə bərabər, milli varlığımızı qoruyub saxlamaq, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi gələcək nəsillərə çatdırmaq istiqamətində, eləcə də, Azərbaycançılıq ideologiyası ətrafında Dəmir Yumruq kimi birləşərək, güclü diaspor hərəkatının formalaşdırılması proseslərini olduqca uğurla həyata keçirirlər. Beləliklə də, diaspor nümayəndələrimiz, fəaliyyətlərində hər zaman dəstək gördükləri Azərbaycan dövlətinin, dövlətçiliyinin keşiyində də layiqincə dayanırlar. Bu da öz növbəsində, dünya miqyasında Azərbaycanın nüfuzunu daha da artırır, onu daha güclü və qüdrətli bir dövlətə çevirir.

    Diaspora eyni zamanda könül işidir. Kimsə kimisə bu istiqamətdə nəyəsə məcbur edə bilməz. Hesab edirəm ki, bununla məşğul olmaqla nəsə birşey ummaq və ya işini bu istiqamətdə hədəfləmək doğru deyil. Çünki Vətən sərhədsiz və qarşılıqsız sevilməlidir və bu belə də olmalıdır. Kimliyindən, hansı ölkədə yaşamağından asılı olmayaraq hər birimiz soydaş, həmvətən olaraq yalnız bir amal, bir məqsəd – Vətənə Sevgi - üzərində köklənməli və bu müqəddəs sevgi ilə yola çıxaraq işimizi davam etdirməliyik. İllər keçsə də, bu könül işini əgər doğrudan da ürəklə görmüsənsə və sən də bir Azərbaycanlı olaraq Qarabağ Zəfər tarixinin bir parçasısansa deməli sən xoşbəxtsən. Mənim fikrimcə, vətənə və anaya olan sevgi hər zaman qarşılıqsız olmalıdır və bu həqiqətdir.

    Yaxınlarda, Tarixi Qələbəmiz və 31 dekabr dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Diaspora ilə İş üzrə Dövlət Komitəmizin təşəbbüsü ilə son iki ildə rekord səviyyədə həm dəvətli, həm də tədbirin davamlılığı baxımından Respublikada, bəlkədə son aylarda dünyada rekord səviyyəni qıra biləcək mükəmməl şəkildə təşkil olunmuş videokofrans gerçəkləşdirildi, Belə ki, videokonfrans, Komitə sədri cənab Fuad Muradovun moderatorluğunda 5,5 saat müddətində, “Bir Olaq, Həmrəy olaq” adlı başlıq altında dünya Azərbaycanlılarının – Xaricdəki Diaspor nümayəndələrimizin, KİV nümayəndələrimizin iştirakı ilə yüksək səviyyədə həyata keçirildi.
    Beynəlxalq Videokonfransa gənc və dinamik idarəçi şəxs olan Komitə sədri cənab Fuad Muradov moderatorluq edirdi. Tədbir həqiqqətəndə, Fuad bəyin rəhbərliyində çox yüksək səviyyədə, uğurla tam olaraq 5,5 saat davam elədi və deyərdim ki bugünə qədər online şəkildə, ölkə səviyyəsində, xüsusilə son dönəmlərdə rekord səviyyədə konfrans saatı idi.

    Türkiyədə yaşayan, orada təhsil alan vətəndaş və eyni zamanda bugünün Politoloqu, eyni zamanda AzadMedia.az xəbər portalının redaktoru olaraq xüsusilə onu qeyd etmək istəyirəm ki, mən həmin günü Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədrimiz cənab Fuad Muradovun bir çox xüsusiyyətlərini kəşf elədim. Tam səmimiyyətimlə nəzərinizə çatdırmaq istəyirəm ki, Fuad bəyin böyük səbrlə, təmkinlə, olduqca səmimiyyətlə, sadə və təvazökar şəkildə bir sözlə, əsl vətəndaş kimi Dünya Azərbaycanlılarının iştirak etdiyi tədbirin moderatorluğunu etməsi məni bir daha qürurla deməyə vadar edir ki, Ölkə Rəhbərimizin liderliyində Azərbaycan dövlət qurumu olan Diaspora Komitəmiz əmin əllərdədir. Tədbir zamanı, Fuad bəyin hər bir soydaşımıza xüsusi diqqət göstərməsi, hər bir gəncin dostu, qardaşı kimi, hər bir böyüyümüzün övladı kimi davranması bir daha göstərir ki həqiqətəndə Diaspora “ürək- könül” işidir və cənab Fuad Muradov da öz vəsifəsini həm də ürəkdən, yüksək səviyyədə, könül ilə, böyük ruh ilə layiqincə həyata keçirir. Və bu yolda elə məhz, Fuad bəyin timsalında bütün soydaşlarımıza üzümü tutub demək istəyirəm ki, dünyanın hansı ölkəsində yaşamağından asılı olmayaraq, Azərbaycan diaspora fəaliyyəti ilə məşğul olan hər bir soydaşımız bu işi iş olaraq deyil, bu işi hər hansı məqsədlə deyil, məhz, ürəklə, səmimiyyətlə və milli ruh ilə həyata keçirsinlər.

    Qeydlərimi, Ümumilli Liderimiz Heydər Əliyevin sözləri ilə tamamlamaq istərdim – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”

    Könüllü Azərbaycan Diaspora nümayəndəsi
    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR