AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Seynur Əsgərli - "Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası"

  • + A
  • - A
  • 19-12-2020, 20:49

    "Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası" qüdrətli ölkəmizin - müstəqil və müasir Azərbaycan Respublikasının təməl sütunudur.
    Bu barədə AzadMedia.az-a açıqlamasında Politoloq Seynur Əsgərli bildirib.

    "Qüdrətli ölkəmizin - Müstəqil və müasir Azərbaycan Respublikasının müstəqilliyinin təməl sütunlarından biri milli ideologiyaya sahib olmasındadır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş olan və bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını, eyni zamanda, müxtəlif siyasi baxışları vahid ideologiya ətrafında birləşdirə bilməsidir, əlbəttə ki, biz Azərbaycan xalqı olaraq bunun ən ümdə və bariz nümunəsini 44 günlük Böyük Vətən müharibəsi ərəfəsində şahidi olduq. Siyasi baxışından, yaşından asılı olmayaraq hər kəs eyni amala xidmət edir və eyni ideoloji konsepsiya - Azərbaycançılıq konsepsiyası ətrafında fəxarətlə birləşmişdi. Məhz, Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının mənafeyini özündə ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Əlbəttə ki, bu maraqlar eyni zamanda, vətəndaşın təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir, elə bu səbəbdən, bütün sosial təbəqələrin mənafelərinin ifadəçisi kimi qavranılır.
    Qlobal aləm olaraq elə bir dövrdəyik ki, heç birimiz və heç bir ölkə təhlükənin nə vaxt, necə, haradan gələcəyini bilmir. Belə ki, bütün dünya, biz yeni bir transformasiya dövründə yaşayırıq, yəni təkqütblü dünyadan çoxqütblü dünyaya keçidin astanasındayıq, artıq. Təbii ki, çətin və mürəkkəb prosesdir və onun tarixi səbəblərini, olabiləcək sosial, iqtisadi, siyasi nəticələrini məhz indi proqnozlaşdırmaq olduqca çətindir. Ancaq bu bir reallıqdır ki, dünya öz tarixinin yeni və fərqli bir dövrünü yaşayır. Sözsüz ki, bu reallıqlara COVİD-19 pandemiyasının doğurduğu yeni problemləri və şərtləri də əlavə etsək, baş verən dəyişikliyin olduqca mühüm və mürəkkəb bir proses olduğunu açıq şəkildə görərik.
    Lakin, ölkəmiz istər savaş dönəmində və istərsə də, pandemiya kimi ağır şəraitdə qəhrəmancasına mübarizə apardı və bu mübarizə COVİD-19 pandemisyası ilə bu gün də, hərtərəfli şəkildə istər xalqımız və istərsə də, dövlətimiz tərəfindən layiqincə davam etdirilməkdədir.
    Elə buna görə də, Azərbaycançılıq ideologiyasının ən mühüm keyfiyyəti zaman dəyişiklikləri ilə ölçülə bilməyən mükəmməl quruluşa malik olmasındadır. Və əlbəttə ki, bu qarşısına məhdud vəzifələr qoymuş siyasi baxışlar sistemi deyildir. Məhz, Ümummilli liderimizin konsepsiyası olan Azərbaycançılıq ideologiyası bütöv bir millətin tarixi təcrübəsini, milli dəyərlər sistemini, müasir dünyanın reallıqlarına uyğunlaşdıran ən üstün dövlətçilik konsepsiyasıdır. Hər kəsə məlum olmalıdır ki, Ulu Öndərimizin böyüklüyü də, elə məhz, belə bir ideoloji sistemi yarada bilməsindədir. Başqa bir sözlə ifadə etmiş olarsaq, Ümummilli liderimizin tarixi xidmətinin miqyası onun keçid dövrünü yaşayan bir ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf üçün zəmin yaradan dövlət modelini qurmasından daha böyük olmasındadır. Məhz, keçid dövründə ən çətin situasiyalarda belə dayanıqlı özünüqoruma sisteminə sahib olan milli dövlətin ideoloji dəyərlər sistemini yaratmağa müvəffəq olan nadir tarixi şəxsiyyətdir, Heydər Əliyev. Sözsüz ki, əsrlər sonra belə yaşamağa qadir olan bu güclü ideoloji sistem bu gün Qarabağ Zəfər tariximizin ideoloji konsepsiyasının əsası olduğu kimi, bundan sonrakı əsrlərdə də, xalqımızın arzularının ifadəçisinə çevriləcəkdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR