AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

  • + A
  • - A
  • 12-02-2021, 23:32


    İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən və müharibə bitsə də, axtarışları aylardır davam edən daha bir döyüşçümüzün nəşi tapılıb.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi bu gün Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub.

    Şəhid döyüşçü əslən Şuşa şəhərindəndir və ailəsi illərdir ki, müvəqqəti olaraq məcburi köçkün qismində Naftalan şəhərində məskunlaşıb. O, müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXHHQ) kimi Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib.

    Ailəsi ilə ən son sentyabr ayının 27-də rabitə əlaqəsi yaradıb. Anası Tünzalə xanıma mesaj yazaraq, “Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm” deyə bildirib.

    Qeyd edək ki, nəşi tapılan şəhid döyüşçü sabah Naftalanda son mənzilə yola salınacaq.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR