AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO

  • + A
  • - A
  • 16-12-2020, 22:36

    Daha bir əsgərimizin şəhid xəbəri gəldi - FOTO

    Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.

    AzadMedia.az xəbər verir ki, Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

    Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub.

    Şəhidimiz sabah Ürkməzli kənd qəbristanlığında dəfn ediləcək (report).

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR