Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 29 il ötür. Faciənin ildönümü ilə əlaqədar Gəncədə anım tədbiri və ağacəkmə aksiyası keçirilib.
Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolas İaşvili, Azərbaycan Dövlət Aqrar Univetsitetinin rektoru, professor İbrahim Cəfərov hüquq-mühafizə orqanlarının rəhbərləri və digər vəzifəli şəxlər iştirak ediblər. Onlar Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri əkilib. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib, suvarılıb.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR