“Regional nəqliyyatın açılması çox vacibdir”.
Bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.
“Zəngəzur dəhlizi Naxçıvan MR-ə çıxış olmaqla yanaşı, Ermənistan dəmiryolu əlaqələrinin İranla birləşməsi üçün bir fürsətdir. Ermənistanın Rusiya ərazisi ilə də birbaşa əlaqəsini yaradır. Çünki hazırda Ermənistana belə bir dəmiryolu əlaqələri yoxdur.
Bunların hamısı müsbət mühit formalaşdıracaq. Hamıya sərf edəcək əlverişli bir vəziyyətdir. Bu fürsətin düzgün qiymətləndirilməsi çox vacibdir ki, biz də sülhpərvər gələcəyimizi təmin edək.
Biz sülh sazişinin imzalanmasına tam hazırıq və bu gün də cənab Paşinyan və cənab Mişellə bu məsələlərə aydınlıq gətirəcəyik”, - İlham Əliyev vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.