AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdafiə Nazirliyi əsgərlərin qar uçqunu altında qalması xəbərini təkzib etdi

  • + A
  • - A
  • 5-01-2022, 20:51

    Müdafiə Nazirliyi əsgərlərin qar uçqunu altında qalması xəbərini təkzib etdi

    Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.
    Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir.
    Bu barədə Azadmedia.az-a Müdafiə Nazirliyindən bildirilib.
    Eyni zamanda onu da bildiririk ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.
    KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR