Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb
Dünən axşam saatlarında Ucarda torpaq uçqunu olub.
Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı “Azərsu” ASC-nin 2 əməkdaşı xəsarət alıb.
Bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur: “Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur”.
ONA yazır ki, ümumilikdə, 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.