AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda “23 aprel” coşğusu - FOTO/VİDEO - ÖZƏL

  • + A
  • - A
  • 23-04-2022, 19:00

    Azərbaycanda “23 aprel” coşğusu - FOTO/VİDEO - ÖZƏL

    Azadmedia.az - Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən təşkil edilən proqramda Azərbaycan təhsil nazirinin müavini Muxtar Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirlik əməkdaşları, Türkiyənin qurum və təşkilatlarının nümayəndələri və çox sayda qonaqlar iştirak ediblər.

    Bir dəqiqəlik sükutdan və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra tədbirdə çıxış edən səfir Cahit Bağcı Türkiyə Böyük Millət Məclisinin açılışına və Türkiyənin müstəqillik mübarizəsinə toxunaraq şəhidlərin xatirəsini rəhmətlə yad edib. Dövlət bayrağına, dövlətinə sadiq, onun tarixini, mədəniyyətini, dəyərlərini tanıyan və mənimsəyən nəsillər yetişdirməyin birinci vəzifə olduğunu vurğulayıb. 23 aprelin həm də Atatürkün uşaqlara bəxş etdiyi bir gün olduğunu qeyd edən Bağcı "Milli suverenliyin qədrini ən çox bilən ölkələrdən biri də qardaş Azərbaycandır. 30 il işğal altında olan torpaqlar 44 gündə azad edildi və Azərbaycan bayrağı asıldı",  -deyib.

    Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan Bağcı uşaqlara “Bir millət, iki dövlət anlayışımızı qoruyub yaşadacaq, iki dövlət arasında yeni əlaqələr yaradacağıq. Türkiyə və Azərbaycan. Möhkəm körpüləri siz quracaqsınız",- bildirib.

    Proqram Milli Təhsil Nazirliyinə tabe olan Bakı Türk Məktəbləri, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi və Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyi şagirdlərinin musiqi, rəqs və səhnəcikləri ilə davam edib. İbtidai sinif şagirdlərinin ifasında xalq oyunları nümayiş etdirilib. Əllərində Türkiyə və Azərbaycan bayraqları olan tələbələrin ifa etdikləri mahnı və balladaları qonaqlar da müşayiət edib.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR