AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

  • + A
  • - A
  • 20-05-2021, 18:36


    Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən görüşdə rektor Vilayət Vəliyev universitetdə müasir innovasiyalara uyğun həyata keçirilən islahatlar barədə səfirə məlumat verib. Rektor 2020-ci ildə Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə etdiyi səfər, orada təşkil olunan görüşlər və həyata keçirilən birgə layihələri səfirin diqqətinə çatdırıb. Qeyd olunub ki, hazırda AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iki ölkənin texniki universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR