Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Respublikasının prezidenti işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsini həyata keçirməyi planlaşdırır. Kənd layihəsinin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Dövlətimizin başçısı və birinci xanım 27 mart tarixində Ağalı kəndində aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.Ağalı kəndinə Göyərçin abidə-fəvvarə kompleksi, Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəliyyət göstərəcək.Ağıllı kənd layihəsi Qarabağ bölgəsinin əsaslı inkişafını göstərir.
Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.
Hazırda sürətli texniki tərəqqi insanın həyat fəaliyyətinin bütün sahələrində özünü fəal şəkildə göstərir. Xüsusilə də meqapolislərdə müşahidə olunan temp şəhər sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi tələbləri diktə edir. Belə ki, dünya urbanizasiyası şəhərlərin inkişaf tempini artırır və buna uyğun olaraq da yeni texnologiyaların inkişafına təkan verir. Artıq indidən proqnozlaşdırmaq olar ki, yaxın gələcəkdə “ağıllı şəhər” və “ağıllı kənd” fenomen kimi hər yerdə özünü göstərəcək. Buna görədir ki, dünyada “ağıllı kənd” layihəsi sürətlə populyarlıq qazanır, bir sıra ölkələrdə belə layihələr artıq reallığa da çevrilmişdir.
Sevindirici haldır ki Azərbaycanda Qarabağ bölgəsinin inişafı üçün Azərbaycanda “Ağıllı kənd” layihəsi Qarabağ bölgəsində həyata keçirilir.
Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcək. Xüsusilə də “ağıllı kənd” layihəsi kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatının formalaşmasına da öz müsbət töhfəsini verəcək. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq.Ən əsası, bu layihələrin həyata keçirilməsi nəticəsində Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyi də artacaq. Azərbaycan hökumətinin əsas məqsədlərindən biri də məhz bundan ibarətdir.
İradə İmanbəyli - Masallı rayonu Dəmirçi kəndi