AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan TDT daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib

  • + A
  • - A
  • Bu gün, 13:54

    Qazaxıstan TDT daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib


    Qazaxıstan Türk Dövlətləri Təşkilatı daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

    Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Qırğızıstanın TDT-yə sədrliyi yüksək səviyyədə olub:

    "Azərbaycan sədrliyinin də təşkilata töhfə verəcəyindən əminik. Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni çox yüksək qiymətləndiririk. Bu, həllə yönələn tarixi addımdır. Bəzi ölkələr təşkilatın artan fəaliyyətinə böyük maraq göstərir".

    Qazaxıstan Prezidenti əlavə edib ki, türk xalqları terrorla mübarizədə birgə çalışır:

    "Ancaq bununla məhdudlaşmamaq lazımdır. Çünki kiberhücumlar dünyada geniş yayılıb. Ona görə də Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR