AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin yanında olmaq mənəvi borcumuzdur”

  • + A
  • - A
  • Dünən, 21:33

    Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin yanında olmaq mənəvi borcumuzdur”

    Milli Məclisin deputatı Məşhur Məmmədovun sözlərinə görə, artıq 5 ildir ki, onun fəaliyyətində oktyabr-noyabr ayları şəhid ailələri ilə daha sıx görüşlərin keçirildiyi, qəhrəman Vətən övladlarının məzarlarının ziyarət olunduğu bir dövrə çevrilib. Bu barədə sosial şəbəkə hesabında yazan deputat bildirib ki, bu görüşlər onun ictimai-siyasi fəaliyyətinin ən vacib istiqamətlərindən biridir.

    “Oktyabr-noyabr ayını daha çox şəhid ailələri ilə görüşlər keçirmək, torpaqlarımızı işğaldan azad edərkən qəhrəmancasına şəhadətə qovuşan igid oğullarımızın məzarlarını ziyarət etmək 5 ildir ki, fəaliyyətimdə ənənə halını alıb. Xidməti fəaliyyət səbəbindən bəzən özüm qatıla bilməsəm də, bütün il boyu köməkçilərim mütləq seçki dairəmizə daxil olan ərazidə şəhid ailələri ilə birlikdə şəhidlərin mövlud və anım günlərində şəhid məzarını ziyarət edir, ailələrin qayğıları ilə maraqlanırlar”, – deyə millət vəkili vurğulayıb.

    Bu dəfəki ziyarət Masallı rayonunun Qızılağac kəndində baş tutub. Deputat Məşhur Məmmədov kəndin ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birgə kənddə inşa edilən Şəhidlər Abidəsini və I və II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Vətən övladlarının məzarlarını ziyarət edib, ehtiram əlaməti olaraq gül dəstələri düzüb, dualar oxuyub.

    Ziyarət zamanı ailələrlə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Millət vəkili Məşhur Məmmədov bildirib ki, həm I Qarabağ müharibəsi, həm də II Qarabağ müharibəsi şəhidlərinin ailələri nikbindirlər, onlar dövlətin diqqət və qayğısını hər zaman hiss edirlər:
    “Şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını bildirir, eyni zamanda mənəvi dəstəyin də vacibliyini vurğulayırlar.”

    Deputat qeyd edib ki, şəhidlərimizin xatirəsinə həsr olunan kitabların yazılması, filmlərin çəkilməsi, eləcə də rayon icra hakimiyyəti və təhsil idarəsinin təşəbbüsü ilə müxtəlif tədbirlərin keçirilməsi bu ailələr üçün həm təsəlli, həm də mənəvi dayaqdır.

    “Onlar bu münasibəti yüksək qiymətləndirirlər və belə tədbirlərin davamlı olmasını arzulayırlar. Hər birimiz bacardığımız dəstəyi əsirgəməməliyik. Şəhidlərimizin əmanəti olan ailələrə sahib çıxmaq həm borcumuzdur. Biz birlikdə güclüyük!”, – deyə deputat Məşhur Məmmədov bildirib.




























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR