Əslində dünyada baş verən bir çox mühüm hadisələr iqtisadiyyata birbaşa təsir edir. İndiki Rusiya-Ukrayna Müharibəsi bir çox məsələlərdə dünya gündəminin mərkəzində olmaqla yanaşı, iqtisadiyyat sahəsində də müxtəlif sualları bərabərində gətirdi.
Bəli, müharibənin təsiri ilə enerji qiymətləri yüksəldi. Həmçinin, neftin qiymətində ciddi artımın səyahət imkanlarını çətinləşdirdiyini nəzərə alsaq, turizm sektoru qarşısında ciddi qeyri-müəyyənliyin olduğunu söyləmək mümkündür. Rusiya ilə Ukrayna arasındakı müharibə turizm sənayesinə də qlobal təsir göstərib. Müharibə səbəbiylə çətinlik yaşayan aviasiya sektoru turizmə təsir edən mühüm amillərdən biri hesab edilərkən, əsas amil embarqo narahatlığı idi. Müharibə qida böhranı narahatlıqlarını artırdı. Nəzərə almaq lazımdır ki, BMT-nin bəyanatlarında Rusiya və Ukrayna arasında müharibənin təsirləri səbəbindən qlobal ərzaq böhranı ehtimalı vurğulanır. Xüsusilə, buğda və qarğıdalı istehsalındakı payına görə dünyada un məmulatlarına olan ehtiyacın xeyli hissəsini ödəyən bu iki ölkə arasında gedən müharibə, bu ölkələrdən buğda idxal edən ölkələr üçün də ciddi risk idi. Rusiyadan ən çox buğda idxal edən ölkələrdən biri kimi Türkiyə bu mənada ciddi risklə üz-üzə. Müharibənin qida sektoruna təsiri həm istehsal böhranlarına, həm də əmtəə bazarlarında artımlarla inflyasiyaya səbəb ola bilir. Müharibənin əvvəlindən etibarən, Moskva Birjası hadisələrdən ciddi şəkildə mənfi təsirləndi. Bundan əlavə, ABŞ və Avropada yerləşən bir çox şirkət iqtisadi sanksiyalar çərçivəsində Rusiya bazarından çıxdılar. Həmin şirkətlərə McDonald's, Starbucks, Levi's, Coca-Cola, Visa, Mastercard və Apple kimi mühüm qlobal şirkətlər daxil idi. Bununla belə, Rusiyanın bu addımlara qarşı şirkətlərin aktivlərini müsadirə etmək kimi yollardan istifadə edə biləcəyini açıqlaması da iqtisadi gərginliklər arasında idi. Bir sözlə, Rusiyanın Ukrayna ilə müharibəsi son iki ildə qlobal iqtisadiyyata pandemiyadan sonra ikinci böyük zərbə oldu və humanitar fəlakətlə nəticələndi. Qlobal bərpa – geosiyasi gərginliyin güclənməsi, COVID-19 hallarında davam edən sıçrayışlar, müharibədən əvvəl də makroiqtisadi dəstəyin azalması və tədarükdə davam edən darboğazlar səbəbindən sürətini itirirdi. Müharibədən qaynaqlanan dərin humanitar böhran ilkin sarsıntıların ən qabarıq hissəsi oldu və çox güman ki, münaqişənin miras qoyduğu ən davamlı vəziyyətlərdən biri olacaq. İşğaldan sonra təxminən bir ay ərzində bu müharibə, II Dünya müharibəsindən sonra ən sürətlə böyüyən qaçqın böhranlarından birinə səbəb oldu.
Ukraynadakı müharibə Yəmən Respublikası, Əfqanıstan, Somali, Cənubi Sudan və Myanma da daxil olmaqla, digər böhran vəziyyətləri nəticəsində yaranan uzunmüddətli inkişaf üçün kritik investisiya büdcəsinə öz damğasını vuran kriz olmaqla yanaşı qlobal humanitar ehtiyacları artırır. Humanitar vəziyyətə və yoxsulluğa qarşı bu çağırışlar, çox güman ki, münaqişə sabitləşdikdən və onun iqtisadi təsirləri aradan qalxdıqdan sonra belə, gələcək illər üçün qlobal dəstək tələb edəcək. Humanitar böhranla yanaşı, müharibə əmtəə və maliyyə bazarları, ticarət əlaqələri, investor və istehlakçı inamı da daxil olmaqla bir çox kanallar vasitəsilə qlobal iqtisadiyyata güclü zərbə vurur. Müharibənin əmtəə və maliyyə bazarlarına əks olunması əmtəə qiymətlərinin artması və bazarda əhəmiyyətli dalğalanmalar səbəbindən sürətlə reallaşdı. II raund təsirləri, xüsusilə artan geosiyasi və siyasi qeyri-müəyyənlik kontekstində qlobal iqtisadiyyata da ziyan vurur.
Rusiyanın Ukraynaya təcavüzü II Dünya Müharibəsindən bəri Avropada ən sürətlə böyüyən qaçqın böhranlarından birinə səbəb olub, həmçinin regional yoxsulluq və ərzaq təhlükəsizliyinə dağıdıcı təsir göstərib. Qeyd etdiyim kimi, bu müharibə dünya iqtisadiyyatına son iki ildə ikinci böyük zərbədir və istehsal 2022-ci ildə 4 faizdən çox azalıb. Bölgənin güclü ticarət, maliyyə və immiqrasiya əlaqələri səbəbindən müharibənin təsirləri getdikcə artır və qonşu ölkələrə ciddi iqtisadi ziyan vurur. Rusiya və Ukrayna ilə yanaşı, bu il regionun daha dörd iqtisadiyyatının daralması, digər iqtisadiyyatların isə durğun templə böyüməsi gözlənilir. Böyük ehtimal, iqtisadi zərəri məhdudlaşdırmaq və qiymət artımı ilə mübarizə aparan qaçqınlar və yoxsul ailələr də daxil olmaqla ən həssas təbəqələri azad etmək üçün məqsədli maliyyə dəstəyi tələb oluna bilər. Müharibə və pandemiyanın ikiqat zərbəsi nəticəsində regional iqtisadiyyata mənfi təsir göstərən risklər daha çoxdur. Əsas risklərə münaqişənin intensivləşməsi, maliyyə gərginliyi, davam edən siyasət qeyri-müəyyənliyi və ticarət və investisiyaların parçalanması daxildir. Pandemiyanın və müharibənin fiziki və insan kapitalına təsiri regionun uzunmüddətli artım proqnozlarına böyük təsir göstərəcək. Müharibə, bölgənin pandemiyadan sonrakı bərpasının natamam, qeyri-sabit olduğu və sürətini itirdiyi bir vaxtda siyasət qeyri-müəyyənliyi və geosiyasi qeyri-müəyyənliyin kəskin artması ilə gəldi.
Müharibədən əvvəl iqtisadi fəaliyyətin yavaşlaması - Xarici tələbatın azalması və qlobal ticarət artımı, makroiqtisadi siyasətin sərtləşdirilməsi və regionda peyvəndləmə səyləri maneələrlə qarşılaşarkən pandemiyanın yaratdığı fasilələri əks etdirdi. Müharibə Ukraynanı darmadağın etməklə yanaşı, Rusiyanın iqtisadi və maliyyə fəaliyyətinə də böyük zərbə vurdu.
Müharibənin regional iqtisadiyyatlara birbaşa əks olunması maliyyə bazarlarındakı dalğalanmalar, kritik ticarət və bölgəyə qaçqın və immiqrant axını ilə artdı. Son illərdə maliyyə mənbələrinin şaxələndirilməsinə baxmayaraq, Rusiyanın mühüm investisiya tərəfdaşı olduğu regionun iqtisadiyyatlarında yaşanacaq təsir böyük oldu, yəqin ki, bu hələki davam edəcək.
Ukraynadakı müharibə adi enerji qiymətlərinin artması bir daha bərpa olunan enerjilərin cəlbediciliyini və enerji sistemlərinin daha ucuz, təmiz və etibarlı enerjiyə keçidinin vacibliyini nümayiş etdirdi. Sözsüz ki, enerji səmərəliliyinin artırılması, enerji istehlakında israfçılığın azaldılması və texnoloji yeniliklərin istifadəsi region iqtisadiyyatlarına müharibənin iqtisadi artıma təsirini azaltmağa imkan verə bilər..