AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - “Türk zülm qarşısında heç bir zaman susmaz”

  • + A
  • - A
  • 4-02-2022, 23:40

    Politoloq Ülkər Piriyeva - “Türk zülm qarşısında heç bir zaman susmaz”
    Politoloq Ülkər Piriyeva

    Prezident Recep Tayyip Erdoğan,
    Ukrayna səfəri zamanı təmasları ilə bağlı “İnanıram ki, burada alacağımız nəticə bölgədə müsbət yöndə yeni bir formalaşma fürsəti verəcək. Bu ümid məndə Zelenski ilə görüş zamanı yarandı. Eyni zamanda, Şuramızın növbəti toplantısını Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Türkiyədə keçirməyi qərara aldıq.” - deyə mediaya açıqlamasında bildirib.

    Bu görüşlə bağlı politoloq Ülkər Piriyeva, Azadmedia.az-a verdiyi açıqlamasında, “İnanıram ki, Türkiyə Cümhuriyyəti Ukrayna və Rusiya arasında olan krizin sonlandırılmasında müstəsna rol oynayacaqdır.
    Və bunun ilkin addımları məhz, dünəndən etibarən atıldı.
    Hazırda bütün səviyyələrdə bir-biri ilə sıx təmas halında olan, həmçinin strateji tərəfdaş olan Türkiyə-Ukrayna əməkdaşlığının bütün regionun sülh və rifahına töhfə verəcəyi göz qabağındadır. Bəli, inanıram. Çünkü Türkün olduğu yerdə nə qəddarlıq, nə də zülüm olmaz və heç vaxt günahsız qanı tökülməz. Çünkü Türk zülm qarşısında heç bir zaman susmaz və zalımın səsi olmaz. Türkün olduğu hər yerdə daima sülh, rifah və əmin-amanlıq olub.” - Deyə qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR