NATO liderlərinin birgə bəyanatı: “Rusiyanın hücumu qlobal təhlükəsizliyi təhdid edir“ - SON DƏQİQƏ
NATO liderlərinin birgə bəyanatı: “Rusiyanın hücumu qlobal təhlükəsizliyi təhdid edir“.
Azadmedia.az xəbər verir ki, NATO-nun Brüsseldə keçirilən Fövqəladə Liderlər Sammitindən sonra birgə bəyanat verilib. Açıqlamada, "Rusiyanın mülki şəxslərə hücumunu şiddətlə qınayırıq. Rusiyanın hücumu qlobal təhlükəsizliyi təhdid edir" deyilir. NATO-nun baş katibi Yens Stoltenberq sammitdən sonra verdiyi açıqlamada "Daha 4 döyüş qüvvəsi yerləşdirəcəyik. Rusiya görünməmiş qiymətlər ödəyəcək" dedi.
Bu gün Brüsseldə Rusiya-Ukrayna müharibəsi gündəmi ilə çağırılan NATO-nun Fövqəladə Liderlər Zirvəsi işə başlayıb. Qapalı görüşdən sonra liderlər birgə bəyanatla çıxış ediblər. Yayılan birgə bəyanatda, “Bütün dövlətlər, o cümlədən Çin, BMT Nizamnaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyü prinsipləri də daxil olmaqla, beynəlxalq asayişi qorunmağa, hər hansı hərəkətdən çəkinməyə, Rusiyanın müharibə səylərini dəstəkləməkdən çəkinməyə çağırırıq. “Biz Çin hakimiyyətinin son bəyanatlarından narahatıq və Çini Kremlin yalançı ritorikasını, xüsusən də müharibə və NATO ilə bağlı gücləndirilməsini dayandırmağa və münaqişənin sülh yolu ilə həllini tapmağa çağırırıq”, - bəyanatda deyilir.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR