Türkiyə-Azərbaycan Birləşmiş Krallığı
Böyük Britaniya və İrlandiya Birləşmiş krallığı deyirik-yəni İngilis krallığı, imperatorluq. İngilislər Krallıq və imperatorluq deməkdən əsla utanmırlar, öz krallıqlarını çağ dışı adlandırmırlar, kralları ilə qürur duyurlar. İngiltərə krallığının imperialist sömürgəçi siyasətləri və işğalları nəticəsində, Orta doğu İslam coğrafiyasında, latın Amerikasında, Afrikada, Avstraliyada 300 ildir milyonlarla insanlar, hətta xalqlar, mədəniyyətlər soyqırıma uğradılmışdır. Lakin ingilislər öz krallarına qatil, qəddar deməmişlər, əksinə krallığın siyasətini dəstəkləmişlər. Eyni zamanda Amerikanı, Kanadanı, Avstraliyanı, yeni Zellandiyanı işğal edərək, məskunlaştıraraq ingilisləştirmişlər, ingilis dövlətlərinə çevirmişlər. İngilis dilini kürəsəl dilə çevirmişlər. İngilis maraqlarına xidmət edən uluslararası düzən qurmuşlar, Planetin siyasi dəngələrini müəyyənləşdirən kürəsəl güc olmuşlar. 300 ildir ki, İslam da, Xristianlıq da, Yəhudilik də, Məcusilik də İngilis kürəsəl sisteminə, düzəninə çalışmaqdadır. Alətdir. İqtidarımız da, müxalifətimiz də İngilislərin dizayn etdiyi, İngilis maraqlarına çalışan bu neoliberal kapitalist sistemə xidmət etmirmi?
Bizim Türk irqinin stratejisini bəlirləyən siyasət fəlsəfəmiz, dövlət ağlımızmı var? Müxalifət içində belə lider, intellekt, düşüncə, ağılmı var. Bütün müxalifət sloqanları, təbliğatı ingilis kürəsəl sisteminin gəlişməsinə, işləməsinə çalışmırmı? Bizim Dünya və dövlət təsəvvürlərimizi belə İngilislər formalaşdırmışdır
.
Biz nə etdik? Çingiz Xaqanı, Teymurləngi, Qacarı, Nadir Şahı qatil, işğalçı adlandırdıq. Osmanlını kötülədik, ötəkiləştirdik. Ədəbiyyatda daim krallarımızı, sultanlarımızı kötülədik. Aşağıladıq. Sürgün etdik. Azərbaycanda Türk krallarını öyüb göylərə qaldıran Hüseyn Cavid yaradıcılığı deyil, Krallarımızı, şahlarımızı küçümsəyən M.F.Axundov, Nərimanov, Mirzə Cəlil, Şahtaxtlı ədəbiyyatı boşunamı təbliğ edilirdi sizcə?
Bizim tariximiz Mirzə Cəlilin, Şahtaxtlının çizdiyi vətən sınırlarına sığmır, sığışmır, heç bunu düşündünüzmü? Bizi kralsız, Sultansız millətə çevirdilər. O isə ki, bu gün Avropa dövlətlərinin çoxu krallıqdır.
Biz, əgər bir gün Türkiyə və Azərbaycan Birləşmiş Krallığı desək özümüz özümüzə qarşı savaş açarıq, öz əlimizlə dünya(mızı)nı dağıdarıq. Özümüz öz əlimizlə bu ifadələri, fikri basdırarıq. Yox edərik.
Bizim tarix və gələcək təsəvvürlərimizin, milli şüurumuzun sınırları Dərbənddən Həmədana qədərdir (pratikdə belə bu məkan parça parçadır, işğal altındadır). Biz Şüurun sınırlarını zorlamaya hazır millət deyilik. Şüurun sınırlarını zorlayan düşüncə, lider, ədəbiyyat yetişdirə bilmədik. Bu sınırı bizə Ruslar və ingilislər çəkib. Oysa ki, tariximiz bu sınırları aşar. Lakin biz tariximizdən, keçmişimizdən qopmuş toplumuq, Həmədandan Dərbəndə kimi bir areala həbs olunmuş toplumuq.
Hər şey düşüncəyə bağlıdır.
Böyük düşünəcəksənsə sınırların böyüyəcək, kiçik düşünəcəksənsə şüurun sınırları kiçiləcəkdir.
1920 - ci illərə qədər biz bir imperatorluq milləti idik. Bizim imperiya qürurumuzu vurdular, sındırdılar.
İmperiya-Dərbənddən Həmədana qədər olan coğrafi, xəyali, düşüncə, mədəniyyət, incəsənət, ruh sınırlarını aşmaq deməkdir.
Məsələn, Türkiyə və Azərbaycan Birləşmiş Krallığı haqqında düşünmək deməkdir.
İranda türk imperatorluğu fars imperatorluğuna dönüşdü. İndiki Rusiya torpaqlarında Xəzər və Qızıl Orda Türk imperatorluqları Rus imperatorluğuna dönüşdü. Osmanlını dağıtdıq, Qacarı məşrutə inqilabı ilə devirdik. Biz Qacar imperiya tarixi ilə qürur duymadıq, hətta onları ötəkiləştirdik, Məşrutə inqilabı ilə qürur duyduq ki, aparıcı liderləri İngilis, Rus ajanları, masonlar idi. Biz nə yapdıq? Türk irqinin yayılma arealını, kültür coğrafiyasını kiçiltdik. Öz əlimizlə özümüzü yıxdıq. Səbəb Ortaq Türk şüurumuzun yoxluğundan. İrqçi olmamağımızdan. Türk törəsindən qopduğumuzdan...
Dövlət ağlımız gəlişdi, millət, irq ağlımız, stratejimiz gəlişmədi.
Türk irqinin gerçək dünyası İngilislərin (Avro-Atlantik blok) dünyasının ötəsindədir.