AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yesemin Qaraqoyunlu - “300 ildir Türkü tarixdən, doğudan silmək üçün çox saylı projelər, ideolojilər ürətilməkdə..“ - ÖZƏL

  • + A
  • - A
  • 17-03-2022, 23:11


    Yesemin Qaraqoyunlu - “300 ildir Türkü tarixdən, doğudan silmək üçün çox saylı projelər, ideolojilər ürətilməkdə..“ - ÖZƏL

    MODERNİZM ÇAĞINDA TÜRK AĞLI BATI AĞLINA YENİLDİ

    (Elxan Şükürlünü anlaya bilirikmi? Ərdoğanı, İlham Əliyevi, Putini anlaya bilirikmi? Ukrayna savaşının dərin səbəbində Batı blokunun genişlənməsi, yayılması durmurmu? Batı niyə genişlənsin ki?...)


    Eyni tarixi-etnik mirasın təmsilçiləri və davamçıları olan Rusiya ilə Ukraynanı savaşdıran ağıl bir zamanlar eyni millət olan Osmanlı və Səfəviləri də savaşdırmışdı.

    Gizli ağılı görməmiz gərəkir. Bu dərin ağıl Rusiyanı 3 dəfə dəyişdirib. Silkələyib.

    1)Çarın düşməsi və bolşevik inqilabı. Rusiyanın 2-yə bölünməsi - Ağlarla qırmızıların 1917-1930-cu illər savaşı.

    2) SSRİ-nin çöküşü.

    3) Rusiya-Ukrayna savaşı.

    Rusiyanın taleyi bu savaşda həll olunacaq. Rusiya dəyişəcək.


    Tarixi boyunca bəşəriyyətə heç bir universal dəyər bəxş etməyən Rusiya parlaq bir mədəniyyət biçimi yaratmadığının fərqindədir, Batı mədəniyyətinin bir uzantısı olduğunu bilir, Batı bloku qarşısında dövlətin yenik düşməməsi üçün dövlətin təməllərini Batıdan fərqli Slavyan mədəniyyətinə dayandırmağa cəhd edir.

    Ukraynada Batıya qarşı savaş açır və bu savaşın Slavyanları birləştirəcək, oyandıracaq, düşündürəcək yeni çağırışlara zəminlər hazırlayacağını ehtimal edir.


    Bu gün Slavyan dünyasının özü parçalanmışdır, əksəriyyəti Batı blokunda, NATO üzvü, yarısı da Rusiya, Belarusiya olmaqla Batı blokuna qarşı.

    Putinin savaşı Slavyanları oyandırmaq, birləştirmək istəyindənmi doğdu? Slavyan ağlımı inşa etməyə çalışır?



    Bütün ölkələr və xalqlar üzərində hakim olan dərin imperialist sömürgəçi ağlın oyununa düşməmək gərəkir.

    Biz türklər də bu dərin ağlın qurbanlarıyıq əslində. 3 kürəsəl güc olan dövlətimizi - imperiyamızı -mədəniyyətimizi yendilər, bizi parça-parça edib, bölüb tarixə gömdülər.

    100 ildir nə bölgəsəl güc, nə kürəsəl güc ola bilmədik.


    İndi bu dərin ağıl zamanla Rusiyanı, Çini, Türkiyəni, İranı yenidən parça parça etməyi hədəfləmişdir.

    Batı ağlına görə, Kürəsəlləşməyə qarşı alternativlər doğuran bütün bölgəsəl güclər, Kürəsəl Batı mədəniyyətinə qarşı özünü savunan bütün farklı mədəniyyətlər yenilməlidir.

    Modernizm çağında Batıya alternativ olan bütün güc və mədəniyyətlər, imperatorluqlar xalqların öz müqəddəratını təyin etmə və ulus dövlət qavramları ilə yıxıldısa, post-modern çağda ulus dövlətlərin etnik qruplara, etnik bölgəsəlləştirmə, dinlərin məzhəblərə ayrılması, qısaca desək, multikulturalizm kimi qavramlarla gerçəkləştirilir.

    Dərin ağlın amacına görə, Batı mədəniyyəti kürəsəl zəfər çalmalıdır.


    Tarixin başlanğıcı olduğu kimi bir sonucu da vardır. Tarixin sonunda Batı mədəniyyəti zəfər çalmalıdır. Subyektiv ruh (Batı) obyektiv ruhla (bəşəriyyət) birləştikdən sonra Mütləq ruha (Allah) qovuşacaqdır. Beləcə Tarix xoşbəxt sonla bitəcəkdir. Amac budur.

    Bu arada Babur, Qacar, Osmanlı dövlətlərindəki modernizm çağını dərindən incələdikcə şahid oldum ki, Türk ağlı Batı ağlına yenilmişdir. Biz türklər Batı fəlsəfəsinin və mədəniyyətinin doğuda yayılmasının, genişlənməsinin aləti, oyuncağı olmuşuq, öz əlimizlə öz dövlətlərimizi yıxmışıq, coğrafiyamızı, yayılma arealımızı, kültür alanımızı daraltmışıq. Babur, Qacar, Osmanlı dövləti çöktürüldükdən sonrakı dönəmlərdə-bizim çıxtığımız, yayıldığımız torpaqlara ingilislər, fransızlar girmişlər, kültür coğrafiyamızı sömürmüşlər, yıxmışlar. Doğuda-batıda Elm, bilim də Batı imperializminə çalışmışdır. Bizim torpaqlarımızda, yayılma alanımızda Batı imperializminə dirənən tək gücü-Türk gücünü və mədəniyyətini tarixdən silib atmağa cəhd etmişlər.

    300 ildir bilim Türk mədəniyyətini inkar edir, 300 ildir Türkü tarixdən, doğudan silmək üçün çox saylı projelər, ideolojilər ürətilməkdə.


    Modernizm çağını sorğulayıram. Modernizm çağında Türk ağlı Batı ağlına yenilmişdir. 3 böyük imperatorluğumuz yenilmişdir, dağılmışdır. Daha doğrusu, Batı imperatorluqlarımızı yenib, düşürüb, parçalayıb işğal etmişdir, sömürgələştirmişdir.

    İnsanların tarix və zaman içində qurduğu sosial orqanizmlərin ən yüksək pilləsi dövlət şəkli kimi- imperiya, mədəniyyət mərhələsi kimi-Sivilizasiyadır.


    Hər sivilizasiyanı bir imperiya təmsil edir.


    Bir mərkəzi güc təmsil edir. Biz türklər modernizm çağında həm 3 böyük imperiyalarımızı, həm türk- islam sivilizasiyasını dağıtmışıq, itirmişik, daha doğrusu Batıya yem etmişik.

    Biz Batıya (Avro-Atlantik mədəniyyətə ) yenilmişik.


    Biz sivilizasiyamızı itirmişik. Bu sivilizasiyanı qurmaq üçün atalarımız 1000 il 3 qitədə savaşmış, qanları torpağı suvarmışdı, əmək vermişdi. Yenildik və bu gün dünyaya, özümüzə Batı mərkəzli baxış acısından baxırıq, Batının ağlından, gözündən baxırıq.

    Biz türklər Batını dünyanın mərkəzi hesab edirik, oysa ki, 100 il öncə dünyanın mərkəzində Türk dururdu.


    Türk ağlı 1000 il idi ki, dünyanı yönətirdi.

    Tarixdə Rus ağlı Batı ağlına alternativlər yarada bilmədiyi üçün yenilmişdir, yeniləcəkdir. Rusiyadan sonra sıra bizə də gələcəkdir. Dərin Batı ağlına, kürəsəl imperializmə qarşı alternativ ağıl və fəlsəfə yarada bilməsək, sistem qura bilməsək sovrulub gedəcəyik. Məsələ budur.

    Batı tarixinin xoşbəxt sonluğu üçün bütün bölgəsəl alternativlər, mədəniyyətlər yox edilməlidir. Koreyada, Vyetnamda, Əfqanıstanda, İraqda, Suriyada, Ukraynada milyonlarla insanların soyqırıma uğradılmasının, köçə zorlanmasının arxa planında duran niyyəti, məqsədi aydın görməliyik.

    Xaos coğrafiyası genişlənir. Biz bu Xaos coğrafiyasının mərkəzindəyik.


    Hər sivilizasiya bir kimlik və bölgəsəl, kürəsəl sistem yaradır, doğurur.


    Türk-İslam sivilizasiyası modernizm çağında Batı sivilizasiyasına yenildi.

    İndi biz Türk sivilizasiya fazasını yaşamırıq, Batı mədəniyyət fazasını yaşayırıq. Yəni ki, biz tarixin bu sürəcində yoxuq. Batı var.

    Düşünən ağıllara, özünü tarixdə və gələcəkdə axtaran, mən idrakını çözməyə çalışan dostlarıma N.Danilevskini, Əli Şəriətini, Şpenqleri, Kissinceri, Hantinqtonu, B.Luisi, Fukuyamanı, Hegeli, Toynbini, Yaspersi, Dugini, Ahmet Arvasini, Ahmet Davudoğlunu, Vil Durantı ....oxumağı tövsiyə edərdim.

    Türk ağlı modernizm çağında fəlsəfə ürətə bilməmişdir. Türk ağlı Batı ağlına boyun əymişdir, Batı mədəniyyət fazasının yaşanmasına, genişlənməsinə xidmət etmişdir.

    Yalnız alternativ sistemlər yaradanlar sivilizasiya qurmağa qadirdir.


    Sivilizasiya qura bilməyən millətlər Tarix yarada bilmir.
    Tarix yalnız sivilizasiyaları yaddaşında saxıayır.

    Hər bir sivilizasiyanı bir dünyagörüş, fəlsəfə, bir din, bir imperiya, bir güc təmsil edir.

    Hər bir sivilizasiya bir sosio-mədəni super sistemdir.

    Hanı Türk millətinin fəlsəfəsi, dini, sistemi? Əlbəttə var idi. Osmanlı, Qacar, Babur bu sistemin təmsilçiləri idilər. Batı imperializmi sistemimizi yendi.


    Avro-Atlantik blok nədən Çindən qorxur sizcə?
    Çini təhlil edən stratejistlərin ortaq qənaəti - Çin sivilizasiya olmaq istəyən dövlətdir, yaxud dövlət olmaq istəyən sivilizasiyadır! Alternativ sistemdir.
    Ukraynada Batı ağlı ilə alternativ olmağa cəhd edən ağıllar savaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR